FHN əhaliyə müraciət edib
30 Avqust 2026, 11:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
807
17.06.2026, 18:29
Deputat Fazil Mustafaya sui-qəsdə cəhd etməkdə təqsirləndirilən şəxslərdən biri Emin Əliyarov barəsində olan qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Oxu24.com xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi keçirilən iclasda qərar qəbul olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib və hökm qüvvədə saxlanılıb.
Xatırladaq ki, cinayət hadisəsi 2023-cü il martın 28-də Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib. Milli Məclisin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq sui-qəsd edilib.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb.
Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun barəsində ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Səricanov ömürlük, Səbuhi Şirinov 20 il, Rəşad Əhmədov 19 il, Elşad Əsgərov 18 il, Emin Əliyarov isə 4 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi aşağı instansiya məhkəməsinin hökmünü dəyişməyib.
11:06 / 30 Avqust 2026
1
11:05 / 30 Avqust 2026
4
11:04 / 30 Avqust 2026
8
01:42 / 30 Avqust 2026
298
01:20 / 30 Avqust 2026
348
23:39 / 29 Avqust 2026
189
23:30 / 29 Avqust 2026
143
23:18 / 29 Avqust 2026
149
23:04 / 29 Avqust 2026
138
22:48 / 29 Avqust 2026
145
22:10 / 29 Avqust 2026
105
21:29 / 29 Avqust 2026
154
20:57 / 29 Avqust 2026
155
20:36 / 29 Avqust 2026
193
20:04 / 29 Avqust 2026
169
19:48 / 29 Avqust 2026
116
19:17 / 29 Avqust 2026
159
19:10 / 29 Avqust 2026
115
19:01 / 29 Avqust 2026
121
18:22 / 29 Avqust 2026
93
18:00 / 29 Avqust 2026
192
15:30 / 29 Avqust 2026
224
15:28 / 29 Avqust 2026
318
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.