İnsanlar 100 yaşdan sonra niyə xərçəngə daha az tutulur? - Alimlər gözlənilməz cavab
22 Avqust 2026, 00:41
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
475
17.06.2026, 17:40
İyunun 17-də Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının icraçı direktoru Hadi Bin Ali Alyaminin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Konstitusiya Məhkəməsindən Oxu24.com-a verilən xəbərə görə, Fərhad Abdullayev ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi, hüququn aliliyinin təmin olunması və demokratik institutların möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl islahatlar barədə ətraflı məlumat verib. Həmçinin, İƏT-ə üzv olan İslam Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransı çərçivəsində bir çox ölkələrin Konstitusiya məhkəmələri ilə əməkdaşlığın önəmini vurğulayıb.
Daha sonra sədr Konstitusiya Məhkəməsinin insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyətindən, konstitusiya ədalət mühakiməsinin inkişafı istiqamətində görülən işlərdən bəhs edib. Həmçinin, konstitusiya hüquqlarının təmin edilməsi sahəsində Konstitusiya Məhkəməsi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) arasında səmərəli əməkdaşlığı xüsusi qeyd edib.
Hadi Bin Ali Alyami Azərbaycanın insan hüquqlarının müdafiəsi, hüquqi dövlət quruculuğu və məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib. İnsan hüquqlarının təşviqi və müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətini qeyd edərək, bu istiqamətdə təcrübə mübadiləsinin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin vacibliyini nəzərə çatdırıb.
Tərəflər insan hüquqlarının qorunması, hüquqi maarifləndirmə, beynəlxalq hüququn müasir çağırışları və gələcək əməkdaşlıq perspektivləri ilə bağlı geniş müzakirələr aparıb, əməkdaşlığın gələcəkdə daha da inkişaf etdiriləcəyinə əminliklərini ifadə ediblər.
00:41 / 22 Avqust 2026
1
00:03 / 22 Avqust 2026
63
23:49 / 21 Avqust 2026
61
23:00 / 21 Avqust 2026
63
22:39 / 21 Avqust 2026
71
22:25 / 21 Avqust 2026
79
22:11 / 21 Avqust 2026
82
21:57 / 21 Avqust 2026
94
21:30 / 21 Avqust 2026
85
20:56 / 21 Avqust 2026
88
20:52 / 21 Avqust 2026
70
20:14 / 21 Avqust 2026
82
19:42 / 21 Avqust 2026
95
19:21 / 21 Avqust 2026
98
19:08 / 21 Avqust 2026
177
18:46 / 21 Avqust 2026
105
18:41 / 21 Avqust 2026
79
18:33 / 21 Avqust 2026
97
18:20 / 21 Avqust 2026
77
18:10 / 21 Avqust 2026
117
17:59 / 21 Avqust 2026
103
17:45 / 21 Avqust 2026
126
17:30 / 21 Avqust 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.