Gürcüstan 91 əcnəbini deportasiya edib
10 Noyabr 2026, 17:35
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
616
17.06.2026, 18:53
Ermənistanın daxili siyasi gündəmini zəbt edən seçki sonrası proseslər gözlənilən nəticəni verib. Mərkəzi Seçki Komissiyası (MSK) ölkənin ikinci prezidenti, "Ermənistan" blokunun lideri Robert Köçəryana qarşı cinayət təqibinin başlanması üçün Baş Prokurorluğun vəsatətini təmin edib.
Oxu24.com xəbər verir ki, bu barədə qərar MSK-nın keçirilən qapalı iclasından sonra elan olunub. Köçəryanın vəkili Aram Orbelyan jurnalistlərə açıqlamasında Komissiyanın cinayət təqibinə rəsmi icazə verdiyini təsdiqləyib.
Vəkilin sözlərinə görə, eks-prezidentə qarşı irəli sürülən ittihamlar olduqca ağırdır və əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, eləcə də çirkli pulların yuyulması epizodlarını əhatə edir. Qeyd edək ki, Baş Prokurorluq təkcə Robert Köçəryan üçün deyil, həmçinin "Ermənistan" blokunun deputatlığa namizədləri Asatur Köçəryan və Ruslan Barseqyanın da toxunulmazlıq statusunun ləğv edilməsi üçün MSK-ya müraciət etmişdi və bu vəsatətlər də müsbət həllini tapıb.
Xatırladaq ki, iyunun 7-də keçirilən parlament seçkilərinin nəticələri elan olunduqdan dərhal sonra Robert Köçəryan İrəvanın "Zvartnots" hava limanından ölkəni tərk etməyə cəhd göstərib. Lakin hüquq-mühafizə orqanlarının operativ müdaxiləsi nəticəsində onun xaricə getməsinin qarşısı alınıb və barəsində ölkədən çıxışına qadağa qoyulub.
Müxalifət düşərgəsi bu qərarları siyasi intiqam və mövcud hakimiyyətin siyasi rəqiblərinə qarşı təzyiq aləti kimi qiymətləndirir.
Bundan başqa, sosial şəbəkələrin erməni seqmentində R.Köçəryanın paşinyan tərəfindən Azərbaycana təhvil verilməsi məsələsi də gündəmdədir.nocomment.az
17:42 / 10 Noyabr 2026
18
17:35 / 10 Noyabr 2026
42
17:16 / 10 Noyabr 2026
169
17:10 / 10 Noyabr 2026
81
17:06 / 10 Noyabr 2026
111
16:55 / 10 Noyabr 2026
361
16:47 / 10 Noyabr 2026
82
16:41 / 10 Noyabr 2026
81
16:35 / 10 Noyabr 2026
102
16:21 / 10 Noyabr 2026
134
16:12 / 10 Noyabr 2026
218
15:58 / 10 Noyabr 2026
118
15:44 / 10 Noyabr 2026
217
15:34 / 10 Noyabr 2026
348
15:31 / 10 Noyabr 2026
102
15:25 / 10 Noyabr 2026
140
15:22 / 10 Noyabr 2026
118
14:58 / 10 Noyabr 2026
3367
14:55 / 10 Noyabr 2026
629
14:48 / 10 Noyabr 2026
574
14:23 / 10 Noyabr 2026
629
14:20 / 10 Noyabr 2026
995
14:09 / 10 Noyabr 2026
430
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.