Gürcüstanın Azərbaycandan soğan idxalına çəkdiyi xərc 2 dəfədən çox artıb
10 Noyabr 2026, 17:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
635
17.06.2026, 21:42
Gündəlik həyatımızda tez-tez işlətdiyimiz, lakin bir çoxumuzun əsl mənasını tam dərk etmədiyi dualar və zikrlər barədə mühüm məqamlar ortaya çıxıb. Xüsusilə "Maşallah" və "İnşallah" ifadələrinin bəzən zarafat məqsədilə deyilməsi və dəyərinin aşağı salınması cəmiyyətdə ən çox yayılan yanlışlıqlardan biridir.
“Maşallah" nə deməkdir və harada əshv edirik?
Həm "Maşallah", həm də "İnşallah" ifadələri Qurani-Kərimdə yer alır. Məsələn, Kəhf surəsinin 39-cu ayəsində bu zikrin əhəmiyyəti açıq şəkildə vurğulanır.
Mənası “Allahın istədiyidir" və ya "Allahın istədiyi kimi olub" deməkdir.
Nə vaxt deyilməlidir? Allah tərəfindən verilən hər hansı bir neməti, gözəlliyi gördükdə bu zikri etmək olduqca faydalıdır.
Nalayiq, pis və xoşagəlməz bir şeyə "Maşallah" (yəni "Allahın istəyi budur") demək tamamilə yanlışdır. Bu ifadəni işlədərkən nə mənaya gəldiyinə mütləq diqqət yetirilməlidir.
Bəziləri "yox" deyə bilməyəndə "İnşallah" deyir!
"İnşallah" ifadəsinin əsl mahiyyəti və izahı isə Kəhf surəsinin 23 və 24-cü ayələrində buyurulur: “Və hiçbir şey barəsində “Mən bunu sabah edəcəyəm” demə. Bir halda ki, Allah istəsin”.
Həqiqi mənası “Allah istəsə" deməkdir. Gələcəkdə ediləcək hər hansı bir iş və ya plan barədə danışarkən bu ifadə mütləq əlavə edilməlidir. Təəssüf ki, cəmiyyətdə bəzi insanlar qarşı tərəfə birbaşa "yox" deyə bilmədikdə, vaxt qazanmaq, işdən boyun qaçırmaq və ya yola vermək üçün "İnşallah" ifadəsindən bir növ bəhanə kimi istifadə edirlər.
Niyə vacibdir? Bu ifadə xalq arasında həm də "Allah qoysa" mənasına gəlir. İnsan öz qərarlarında tam müstəqil deyil; Allah istəməsə, kimsənin kimsəyə gücü və qüdrəti çatmaz. Güc və qüvvənin yalnız Allahdan alındığını təsdiq etmək üçün niyyətlərə bu ifadə mütləq əlavə olunmalıdır.
17:35 / 10 Noyabr 2026
25
17:16 / 10 Noyabr 2026
115
17:10 / 10 Noyabr 2026
79
17:06 / 10 Noyabr 2026
103
16:55 / 10 Noyabr 2026
313
16:47 / 10 Noyabr 2026
81
16:41 / 10 Noyabr 2026
78
16:35 / 10 Noyabr 2026
98
16:21 / 10 Noyabr 2026
120
16:12 / 10 Noyabr 2026
213
15:58 / 10 Noyabr 2026
116
15:44 / 10 Noyabr 2026
214
15:34 / 10 Noyabr 2026
342
15:31 / 10 Noyabr 2026
100
15:25 / 10 Noyabr 2026
138
15:22 / 10 Noyabr 2026
114
14:58 / 10 Noyabr 2026
3242
14:55 / 10 Noyabr 2026
607
14:48 / 10 Noyabr 2026
554
14:23 / 10 Noyabr 2026
616
14:20 / 10 Noyabr 2026
983
14:09 / 10 Noyabr 2026
394
14:00 / 10 Noyabr 2026
967
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.