1 nəfərə düşən ünvanlı sosial yardımın ən yüksək olduğu rayonlar - CƏDVƏL
22 Avqust 2026, 00:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1318
17.06.2026, 13:37
Ramiz Mehdiyevin ailəsinə məxsus maliyyə qurumlarından biri ilə bağlı diqqətçəkən dəyişiklik baş verib. Belə ki, “Bank BTB” ASC adını və təşkilati-hüquqi formasını dəyişərək “T-Kredit” Bank Olmayan Kredit Təşkilatı (BOKT) MMC-yə çevrildiyini elan edib. Buna Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin 5 mart 2026-cı il tarixli qərarı ilə razılıq verilib.
Bankın BOKT-a çevrilməsi praktik olaraq nə deməkdir?
Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı Globalinfo.az-a danışan hüquqşünas, iqtisadçı Əkrəm Həsənov bunun Azərbaycanda bankın BOKT-a çevrilməsi ilə bağlı ikinci hal olduğunu bildirib.
“İlk belə nümunə “Parabank”la bağlı olub. Həmin bank ləğv edildikdən sonra “Para BOKT” yaradıldı. “Bank BTB” ilə bağlı vəziyyət isə fərqlidir, çünki bank ləğv olunmayıb, birbaşa BOKT-a çevrilib. Banklar və BOKT-lar hər ikisi kredit təşkilatı sayılsa da, onların fəaliyyət imkanları və tələbləri fərqlənir. Bank üçün minimum nizamnamə kapitalı 50 milyon manat olduğu halda, BOKT üçün bu məbləğ 1 milyon manatdır. Bu baxımdan bank fəaliyyətini davam etdirmək daha çətin və böyük maliyyə resursları tələb edir”.
İqtisadçı bildirib ki, bankda maliyyə problemi yarandıqda səhmdarlar əlavə vəsait yatırmaq istəmədikdə və ya buna imkan tapmadıqda, statusun dəyişdirilməsi variantı gündəmə gəlir:
“Digər mühüm məqam odur ki, banklar AMB-nin daha ciddi nəzarəti altında fəaliyyət göstərir. Çünki onlar əmanət qəbul edir, bank hesabları açır və pul köçürmələri həyata keçirirlər. BOKT-lar isə bu xidmətləri göstərə bilmir və əsasən kredit vermə fəaliyyəti ilə məşğul olurlar. Buna görə də bankların fəaliyyət imkanları daha geniş olsa da, onlara tətbiq olunan tələblər və məsuliyyət də daha ağırdır”.
Ekspertin sözlərinə görə, Mehdiyevin ailəsinə məxsus bankın BOKT-a çevrilməsinin səbəbləri ilə bağlı müxtəlif ehtimallar irəli sürülə bilər:
“Mümkündür ki, bankın əlavə kapitala ehtiyacı yaranıb və səhmdarlar bunu təmin etmək istəməyiblər. Lakin məsələni yalnız konkret səhmdarlarla əlaqələndirmək düzgün olmaz. Hazırda bank sektorunda inhisarlaşma, təmərküzləşmə prosesi gedir. Orta, eləcə də kiçik bankların iri maliyyə qurumları ilə rəqabət aparması getdikcə daha da çətinləşir. Bu isə prosesin obyektiv iqtisadi tərəfidir”.
Qeyd edək ki, “Bank BTB”nin səhmlərinin 74,99 faizi Nigar İsmayıl qızı Mehdiyevaya, 19,01 faizi Sadiq Rza İsmayıl oğluna, 6 faizi isə Tükəzban Ağa qızı Mahmudovaya məxsus olub. Bankın əsas səhmdarı Nigar Mehdiyeva Ramiz Mehdiyevin gəlinidir. Digər səhmdar Sadiq İsmayıl isə onun qardaşıdır. Beləliklə, Mehdiyevlər ailəsinin nəzarətində olan maliyyə qurumu fəaliyyətini yeni statusla davam etdirəcək.
00:03 / 22 Avqust 2026
24
23:49 / 21 Avqust 2026
49
23:00 / 21 Avqust 2026
55
22:39 / 21 Avqust 2026
56
22:25 / 21 Avqust 2026
65
22:11 / 21 Avqust 2026
72
21:57 / 21 Avqust 2026
84
21:30 / 21 Avqust 2026
74
20:56 / 21 Avqust 2026
79
20:52 / 21 Avqust 2026
67
20:14 / 21 Avqust 2026
80
19:42 / 21 Avqust 2026
93
19:21 / 21 Avqust 2026
95
19:08 / 21 Avqust 2026
170
18:46 / 21 Avqust 2026
101
18:41 / 21 Avqust 2026
78
18:33 / 21 Avqust 2026
96
18:20 / 21 Avqust 2026
76
18:10 / 21 Avqust 2026
115
17:59 / 21 Avqust 2026
99
17:45 / 21 Avqust 2026
124
17:30 / 21 Avqust 2026
104
17:10 / 21 Avqust 2026
135
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.