Makron niyə qapalı məkanda belə günəş eynəyi taxır?
09 İyul 2026, 21:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
754
17.06.2026, 15:32
Son illər dünyada iqtisadi çətinliklərin artması bir çox insanın kredit ödənişlərində problemlərlə üzləşməsinə səbəb olub. Bir sıra ölkələrdə tətbiq olunan “kredit tətili” mexanizmi borcalanlara müəyyən müddət ərzində ödənişləri dayandırmaq və maliyyə vəziyyətlərini sabitləşdirmək imkanı yaradır. Bu sistem xüsusilə işsiz qalan, gəliri azalan və ya fövqəladə hallarla qarşılaşan şəxslər üçün mühüm dəstək hesab olunur.
Azərbaycanda da “kredit tətili” mexanizminin tətbiqi oluna bilər? Maliyyə çətinliyi yaşayan vətəndaşlar üçün hansı dəstək mexanizmləri yaradılmalıdır?
Oxu24.com xəbər verir ki,mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən Crypto Consulting MMC-nin direktoru, kriptoinvest.az portalının rəhbəri və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev bildirib ki,qlobal iqtisadi qeyri-müəyyənliklər, inflyasiya təzyiqləri və gəlirlərin azalması bir çox ölkələrdə əhalinin kredit öhdəliklərini yerinə yetirməsini çətinləşdirib. Belə şəraitdə bəzi dövlətlər və maliyyə qurumları tərəfindən tətbiq olunan “kredit tətili” mexanizmi borcalanların maliyyə yükünün müvəqqəti olaraq yüngülləşdirilməsinə xidmət edir.
Ətraflı
Onun sözlərinə görə, Azərbaycanda da kredit tətili mexanizminin tətbiqi mümkündür, lakin bunun daimi deyil, yalnız müəyyən hallarda işə salınan hədəfli bir mexanizm kimi nəzərdən keçirilməsi daha məqsədəuyğundur: “Məsələ ondadır ki, hazırda ölkədə istehlak kreditləri üzrə faiz dərəcələri və aylıq ödəniş yükü bir çox ailələrin büdcəsində əhəmiyyətli pay tutur. Gəlirlərin azalması, iş yerinin itirilməsi, sağlamlıq problemləri və ya digər gözlənilməz hadisələr zamanı vətəndaşlar qısa müddətdə problemli borcalana çevrilə bilirlər. Nəticədə həm vətəndaş zərər görür, həm də bank sektorunda problemli kreditlərin həcmi artır.
Hesab edirəm ki, Azərbaycanda kredit tətili yalnız həqiqətən maliyyə çətinliyi yaşayan şəxslərə şamil edilməlidir. Məsələn, işsiz qalan, əmək qabiliyyətini müvəqqəti itirən, ailə başçısını itirən və ya gəliri müəyyən faizdən çox azalan vətəndaşlara 6 aylıq kredit tətili hüququ verilə bilər. Bu müddətdə əsas borcun ödənişi dayandırıla, faizlərin isə bir hissəsi dövlət və ya xüsusi dəstək fondu tərəfindən subsidiya edilə bilər. Bununla yanaşı, təkcə kredit tətili kifayət deyil. Daha effektiv mexanizm kreditlərin restrukturizasiyasıdır. Banklara imkan yaradılmalıdır ki, müvəqqəti maliyyə çətinliyi yaşayan müştərilərin kredit müddətini uzatsınlar, aylıq ödənişləri azaltsınlar və əlavə cərimələr tətbiq etməsinlər. Hazırda bir çox borcalan aylıq ödənişi ödəyə bilmədiyi üçün kredit tarixçəsini korlayır və gələcək maliyyə imkanlarını itirir”.
E.Quliyev qeyd edib ki, digər mühüm məsələ kredit sığortası sisteminin inkişaf etdirilməsidir. Bir çox inkişaf etmiş ölkələrdə işsizlik və ya əmək qabiliyyətinin itirilməsi hallarında kredit ödənişlərinin müəyyən hissəsini sığorta şirkətləri qarşılayır. Azərbaycanda da bu istiqamətdə yeni məhsulların yaradılması həm bankların risklərini azalda, həm də vətəndaşların müdafiəsini gücləndirə bilər:
“Hesab edirəm ki, Mərkəzi Bank, ABA və hökumət birlikdə "Çətin Borcalanların Dəstəklənməsi Proqramı" hazırlaya bilər. Bu proqram çərçivəsində sosial həssas qruplar üçün müvəqqəti kredit tətili, restrukturizasiya və faiz subsidiyası kimi alətlər tətbiq oluna bilər. Nəticə etibarilə, kredit tətili iqtisadi çətinlik yaşayan vətəndaşlar üçün faydalı vasitədir. Lakin əsas məqsəd ödənişlərin sadəcə təxirə salınması deyil, borcalanın yenidən maliyyə sabitliyinə qayıtmasına kömək etmək olmalıdır. Buna görə də kredit tətili restrukturizasiya, sığorta və sosial dəstək mexanizmləri ilə birlikdə tətbiq edildikdə daha effektiv nəticə verə bilər”, - deyə o, bildirib.
21:51 / 09 İyul 2026
30
21:33 / 09 İyul 2026
46
21:32 / 09 İyul 2026
153
21:18 / 09 İyul 2026
126
21:08 / 09 İyul 2026
59
20:59 / 09 İyul 2026
64
20:51 / 09 İyul 2026
110
20:38 / 09 İyul 2026
69
20:16 / 09 İyul 2026
71
19:51 / 09 İyul 2026
112
19:28 / 09 İyul 2026
93
19:15 / 09 İyul 2026
86
18:43 / 09 İyul 2026
75
18:17 / 09 İyul 2026
72
18:05 / 09 İyul 2026
85
17:42 / 09 İyul 2026
92
17:33 / 09 İyul 2026
85
17:30 / 09 İyul 2026
101
17:28 / 09 İyul 2026
91
17:24 / 09 İyul 2026
100
17:20 / 09 İyul 2026
112
17:13 / 09 İyul 2026
98
17:05 / 09 İyul 2026
102
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.