Azərbaycan WUF13-ün yekunlarını Niderlandda təqdim edib
27 May 2026, 16:41
Qaynar xətt:
(+99450) 247 90 86
WUF13
486
08.05.2026, 12:13
Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) media tərəfdaşları elan edilib.
Oxu24.com xəbər verir ki, media tərəfdaşları tədbirin qlobal, regional və ölkə daxilində geniş işıqlandırılmasına dəstək olmaqla yanaşı, WUF13 çərçivəsində aparılan müzakirələri və əldə olunan əsas nəticələri, o cümlədən gözlənilən Bakı Fəaliyyətə Çağırış sənədini geniş auditoriyaya çatdıracaqlar.
Media tərəfdaşlarının hazırlayacağı reportaj və materiallar dayanıqlı şəhər inkişafının layiqli və əlçatan mənzil təminatı, qeyri-rəsmi yaşayış məntəqələri və gecəqonduların transformasiyası, o cümlədən torpaq və əsas xidmətlərlə təminat kimi prioritet istiqamətləri barədə məlumatlılığın artırılmasına töhfə verəcək.
WUF13 tədbirinin beynəlxalq media tərəfdaşları "Euronews", "ArchDaily", "Century of Cities" və "Xinhua News Agency"dir.
Yerli media tərəfdaşları isə Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV), ), İctimai Televiziya və Radio Yayımları Şirkəti (İctimai TV), "AnewZ" TV, "Caspian International Broadcasting Company" (CBC TV), Azərbaycan Dövlət İnformasiya Agentliyi ("AZƏRTAC"), "Report" informasiya agentliyi, "Trend" informasiya agentliyi, "Azəri-Press Agentliyi" (APA), ASAN Radio və "Planet" FM-dir.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramının (UN-Habitat) təşəbbüsü və Azərbaycan Respublikasının Hökuməti ilə əməkdaşlıq çərçivəsində təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası dayanıqlı urbanizasiya üzrə ən nüfuzlu qlobal platformadır.
"Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" builki tədbirin mövzusudur və bu, qlobal mənzil böhranının həlli zərurətini ön plana çıxarmaqla yanaşı, inklüziv, dayanıqlı və davamlı şəhər inkişafının əsas hərəkətverici qüvvələrindən biri kimi mənzil təminatının oynadığı mühüm rolu xüsusi olaraq vurğulayacaqdır.
WUF13 milli hökumətlər, şəhərlər, beynəlxalq təşkilatlar, özəl sektor, akademik dairələr və vətəndaş cəmiyyətini bir araya gətirərək qlobal mənzil böhranının aradan qaldırılması üçün həll variantlarının təşviqinə, eləcə də Yeni Şəhərsalma Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) daha operativ şəkildə həyata keçirilməsinə töhfə verəcək.
19:15 / 27 İyul 2026
45
19:13 / 27 İyul 2026
49
19:02 / 27 İyul 2026
46
18:48 / 27 İyul 2026
340
18:45 / 27 İyul 2026
70
18:33 / 27 İyul 2026
60
18:30 / 27 İyul 2026
460
18:22 / 27 İyul 2026
63
18:20 / 27 İyul 2026
2855
18:10 / 27 İyul 2026
66
17:59 / 27 İyul 2026
71
17:40 / 27 İyul 2026
80
17:23 / 27 İyul 2026
165
17:07 / 27 İyul 2026
84
17:00 / 27 İyul 2026
84
16:42 / 27 İyul 2026
76
16:21 / 27 İyul 2026
80
16:18 / 27 İyul 2026
208
16:16 / 27 İyul 2026
101
15:59 / 27 İyul 2026
108
15:45 / 27 İyul 2026
92
15:21 / 27 İyul 2026
100
15:20 / 27 İyul 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.