Rövşən Muradov: Konstitusiya Günü xalqın öz dövlətinə sahib çıxmaq iradəsinin ifadəsidir
11 Noyabr 2026, 14:36
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
93
11.11.2026, 14:26
Azərbaycanın COP29 kimi möhtəşəm bir tədbirə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq iqlim diplomatiyasındakı mövqeyini keyfiyyətcə yeni mərhələyə qaldırdı. Bu mötəbər sammit çərçivəsində Azərbaycan iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizədə yeni standartlar müəyyənləşdirərək fəaliyyət proqramlarının təsdiqlənməsinə nail oldu. Xüsusilə, iqlim maliyyələşdirilməsi üzrə rekord həcmdə resursların toplanması və maliyyə imkanlarının genişləndirilməsi ölkəmizin qlobal müstəvidəki nüfuzunu bir daha sübut etdi.
COP29-da əldə olunan bu uğurlar Azərbaycanın iqlim gündəliyindəki fəal iştirakının COP31 çərçivəsində də ardıcıl şəkildə davam etməsinə zəmin yaratdı. Hazırda qardaş Türkiyədə keçirilən COP31 sammitində Azərbaycan öz zəngin təcrübəsi ilə yaxından iştirak edir və təşkilatçılar tərəfindən ölkəmizin bu sahədəki töhfələri yüksək qiymətləndirilir.
Ölkə Prezidenti və Birinci vitse-prezidentin COP31 tədbirlərində iştirakı Azərbaycanın qlobal ekoloji problemlərə nə qədər həssaslıqla yanaşdığının bariz nümunəsidir.
Yaşıl enerji mənbələrinin artırılması, ətraf mühitə mənfi təsirlərin azaldılması və bu sahədə beynəlxalq əməkdaşlıq formatlarının yaradılması Azərbaycanın əsas strateji hədəflərindəndir. Türkiyədə Gürcüstan, Azərbaycan, Türkiyə və Bolqarıstan arasında imzalanan dördtərəfli razılaşma da yaşıl enerji dəhlizinin genişlənməsi istiqamətində atılmış mühüm addımdır. Bütün bunlar Azərbaycanın yalnız regional deyil, qlobal iqlim siyasətində aparıcı faktora çevrildiyini aydın göstərir.
Bu barədə Oxu24.com-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
Müsahibimiz qeyd edib ki, COP tədbirlərinin, yəni qlobal iqlim dəyişmələrinin gətirdiyi problemlərin həlli ilə bağlı keçirilən beynəlxalq tədbirlərin otuz birincisi qardaş Türkiyədə keçirilir, bu tədbirlərin 29-cusu Azərbaycanda keçirilmişdi, yəni COP29 Azərbaycanda keçirilmişdir və Azərbaycan yeni bir standart yaratmışdı iqlim dəyişikliyinin gətirdiyi neqativ nəticələrin aradan qaldırılması istiqamətlərində fəaliyyət proqramlarının təsdiq olunması, eyni zamanda bu fəaliyyət proqramının həyata keçirilməsi üçün maliyyə mənbələrinin yaradılması ilə bağlı rekord tədbirdə Azərbaycanda maliyyə imkanları bu fonda toplanmışdı.
Hikmət Babaoğlu vurğulayıb ki, hazırda COP31 qardaş Türkiyədə keçirilir, Azərbaycan yenə burada fəal iştirak edir:
“Qardaş ölkənin COP31-i təşkil edən rəsmiləri tərəfindən etiraf olunur ki, Azərbaycan təcrübəsi kifayət qədər zəngin təcrübə olduğu üçün bu təcrübədən qardaş Türkiyədə də faydalanıblar və hazırda Azərbaycan prezidenti və birinci vitse-prezidentimizin COP31 tədbirlərində iştirak etməsi də bir daha Azərbaycanın qlobal iqlim dəyişmələrinə qarşı nə qədər həssas olduğunun göstəricisi kimi qiymətləndirilə bilər”.
Deputat qeyd edib ki, Azərbaycan yeni nümunələr yaradır, Azərbaycan iqlim dəyişikliyinin iqlim dəyişikliyinə səbəb olan fəaliyyət növlərinin qarşısının alınması üçün yeni fəaliyyət proqramı hazırlayıbdır, yaşıl enerji mənbələrini artırmağa başlayıbdır. Bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir və eyni zamanda yaşıl enerji mənbələrinin bir də beynəlxalq əməkdaşlıq formatını yaradıbdır.
“Biz bilirik ki, elə COP31-də qardaş Türkiyədə Gürcüstan, Azərbaycan, Türkiyə və Bolqarıstan dördtərəfli razılaşması da əldə edildi ki, bu da bir daha Azərbaycanın mövqeyinin göstəricisi hesab edilə bilər”,- deyə deputat əlavə edib.
Çimnaz Telmanqızı
14:36 / 11 Noyabr 2026
1
14:13 / 11 Noyabr 2026
156
13:58 / 11 Noyabr 2026
118
13:54 / 11 Noyabr 2026
388
13:48 / 11 Noyabr 2026
111
13:44 / 11 Noyabr 2026
145
13:41 / 11 Noyabr 2026
83
13:33 / 11 Noyabr 2026
210
13:27 / 11 Noyabr 2026
127
13:19 / 11 Noyabr 2026
85
13:13 / 11 Noyabr 2026
93
12:57 / 11 Noyabr 2026
147
12:54 / 11 Noyabr 2026
151
12:48 / 11 Noyabr 2026
114
12:44 / 11 Noyabr 2026
169
12:35 / 11 Noyabr 2026
290
12:32 / 11 Noyabr 2026
119
12:29 / 11 Noyabr 2026
100
12:24 / 11 Noyabr 2026
809
12:19 / 11 Noyabr 2026
586
12:15 / 11 Noyabr 2026
117
12:09 / 11 Noyabr 2026
107
11:57 / 11 Noyabr 2026
834
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.