Avtomobilin dövlət nömrə nişanlarından biri itərsə, tək nömrə ilə sürmək olarmı? – Sürücülərə vacib xəbərdarlıq
11 Noyabr 2026, 19:57
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
51
11.11.2026, 19:33
Sumqayıt Dövlət Universitetində (SDU) diferensial əməkhaqqı sistemi tam tətbiq olunduqdan sonra müəllimlər fəaliyyət nəticələrinə uyğun olaraq baza maaşından 2–3 dəfə artıq gəlir əldə edə biləcəklər.
Oxu24.com xəbər verir ki, bunu SDU-nun rektoru Nurəli Yusifbəyli AzEdu.az-a müsahibəsində bildirib.
Rektorun sözlərinə görə, universitetdə sentyabr ayından Elmi Şuranın qərarı və müvafiq əmr əsasında diferensial əməkhaqqı sisteminin tətbiqinə başlanılıb.
Əməkhaqqı müəyyənləşdirilərkən müəllimin elmi adı və dərəcəsi, metodiki və elmi fəaliyyəti, “Scopus” və “Web of Science” bazalarında dərc olunan məqalələri, eləcə də tələbələrin müəllimdən məmnunluq səviyyəsi nəzərə alınır.
“Məsələn, tədris fəaliyyəti daha yüksək qiymətləndirilən müəllim əməkhaqqına əlavə 2 faiz ala bilər. Bu sistemin məqsədi müəllimlər arasında sağlam rəqabət yaratmaq və daha yaxşı nəticə göstərən əməkdaşları stimullaşdırmaqdır”, – deyə rektor bildirib.
N.Yusifbəyli qeyd edib ki, sistem tam tətbiq edildikdən sonra müəllimlərin gəlirlərinin artırılması üçün daha geniş imkanlar yaranacaq:
“Müəllimin nəticələri nə qədər yüksək olarsa, bu, onun əməkhaqqında da öz əksini tapacaq. Hətta müəyyən hallarda müəllim təsdiq edilmiş baza əməkhaqqından 2–3 dəfə artıq məbləğ əldə edə bilər”.Modern.az
19:57 / 11 Noyabr 2026
13
19:49 / 11 Noyabr 2026
32
19:43 / 11 Noyabr 2026
46
19:19 / 11 Noyabr 2026
110
19:07 / 11 Noyabr 2026
86
18:42 / 11 Noyabr 2026
369
18:39 / 11 Noyabr 2026
173
18:35 / 11 Noyabr 2026
149
18:30 / 11 Noyabr 2026
172
18:29 / 11 Noyabr 2026
191
18:23 / 11 Noyabr 2026
130
18:17 / 11 Noyabr 2026
195
18:13 / 11 Noyabr 2026
152
18:06 / 11 Noyabr 2026
687
18:01 / 11 Noyabr 2026
111
17:42 / 11 Noyabr 2026
303
17:40 / 11 Noyabr 2026
191
17:35 / 11 Noyabr 2026
441
17:16 / 11 Noyabr 2026
117
17:13 / 11 Noyabr 2026
259
17:12 / 11 Noyabr 2026
117
16:35 / 11 Noyabr 2026
132
16:07 / 11 Noyabr 2026
190
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.