Hikmət Hacıyev WUF13-ü işıqlandıran mətbuat nümayəndələrinə təşəkkür edib
22 May 2026, 19:09
Qaynar xətt:
(+99450) 247 90 86
WUF13
67
22.05.2026, 21:42
Beş gün ərzində formalaşan əməkdaşlıq və müzakirə mühiti səmimi atmosfer yaratdı
Şəhərsalma və dayanıqlı inkişaf məsələləri qlobal gündəmin əsas istiqamətlərindən birinə çevrilib. Urbanizasiya proseslərinin sürətlənməsi, iqlim dəyişiklikləri və sosial-iqtisadi çağırışlar bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini daha da artırır.
Birləşmiş Millətlər Təşkilatının müvafiq platformaları çərçivəsində keçirilən forumlar isə müxtəlif ölkələri bir araya gətirərək təcrübə mübadiləsi və ortaq həll yollarının müəyyənləşdirilməsi üçün mühüm imkanlar yaradır. Bu kontekstdə Bakı şəhərində təşkil olunan WUF-13 də qlobal şəhərsalma gündəliyinə töhfə verən, geniş müzakirələrin aparıldığı platformaya çevrildi. Forum müxtəlif ölkələrin nümayəndələrinin iştirak etdiyi əhəmiyyətli beynəlxalq tədbir kimi diqqət çəkdi.
Oxu24.com millət vəkili Azər Allahverənov Sherg.az-a WUF-13-ün Azərbaycanda keçirilməsi və bu qlobal formun yaratdığı mənzərədən danışıb:
"Əminliklə deyə bilərik ki, WUF-13 postmünaqişə gündəliyinin növbəti təntənəsi oldu. Çünki Cənubi Qafqaz bölgəsində Azərbaycanın yaratdığı siyasi reallıq və bundan irəli gələn sülh və əmin-amanlıq bu gün dünyanın müxtəlif bölgələrində baş verən münaqişələr fonunda örnək kimi çıxış edir. Dünya ictimaiyyəti, xüsusilə Azərbaycanın bu uğuruna müsbət yanaşan mütərəqqi kəsim, bütün platformalarda ölkənin əldə etdiyi nailiyyətləri və müəyyən etdiyi inkişaf strategiyasını təqdir edir.
Biz bunu WUF-13-ün bağlanış mərasimində də gördük. Xarici qonaqların rəsmi çıxışlarında bu fikirlər açıq şəkildə ifadə olunurdu. Bakı şəhərində keçirilən WUF-13 indiyə qədərki WUF formatlı tədbirlərlə müqayisədə daha yüksək səviyyədə təşkil olundu. Burada tamamilə yeni və indiyə qədər tətbiq olunmamış mexanizmlər formalaşdırıldı.
Şəhərsalma ilə bağlı xüsusi investisiya fondunun yaradılması, qeyri-hökumət təşkilatlarının və vətəndaş cəmiyyəti institutlarının fəal iştirakı və bununla bağlı siyasi çərçivələrin müəyyən edilməsi forumun əsas uğurlarından idi. Bu uğurlar əsasında növbəti WUF tədbirinin 2028-ci ildə Meksika şəhərində keçiriləcəyi elan olundu. Bakı Bəyannaməsi yekun sənəd kimi qəbul edildi və mühüm müddəalarla şəhərsalma ənənəsinə töhfə verdi".
Parlamentari Azərbaycanda postmünaqişə dövründə həyata keçirilən bərpa və quruculuq işlərinin intensiv şəkildə davam etdirilməsinə də diqqət çəkib:
"İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma, məskunlaşma, mənzillə təminat, infrastrukturun yaradılması və yeni texnologiyaların tətbiqi geniş şəkildə həyata keçirilir. Eyni zamanda yaşıl enerjiyə keçid, kənd təsərrüfatının inkişafı və sosial qrupların bu prosesə cəlb olunması təmin edilir. Həssas qrupların qərarvermə prosesində iştirakının artırılması da Azərbaycan modelinin əsas xüsusiyyətlərindən biridir.
Azərbaycan bu modeli uğurla icra etməklə dünyaya örnək təqdim etmiş olur. Bu təcrübəni müxtəlif ölkələr maraqla qarşılayır və şəhərsalma siyasətlərində nəzərə alırlar. Panel müzakirələrdə xarici qonaqlar bu təcrübənin əhəmiyyətini xüsusi vurğulayıblar.
Bu, sözün əsl mənasında bir təntənədir və Azərbaycanın növbəti uğurudur. Biz bunu COP29-da, ondan əvvəl Qoşulmama Hərəkatında və daha sonra WUF-13-də də görmüş olduq.
BMT-nin ən böyük tədbirlərindən biri olan COP-dan sonra WUF-un da Azərbaycanda yüksək səviyyədə keçirilməsi mühüm icra standartı formalaşdırdı. Digər ölkələr də gələcəkdə bu təcrübədən istifadə etməyə çalışacaqlar.
Bakı sadəcə tədbir məkanı olmadı. O, bilik və təcrübə mübadiləsinin aparıldığı, innovasiyaların və qabaqcıl şəhərsalma yanaşmalarının təqdim olunduğu bir dialoq platformasına çevrildi. Urbanizasiya problemlərinin müzakirə edildiyi və həll yollarının təqdim olunduğu bir mərkəz rolunu oynadı".
Deputat forumda iştirakını və məmnunluğunu da bölüşüb:
"Mən bir neçə pavilyonda nümayiş olunan stendlərlə tanış oldum və xüsusilə Türkiyənin stendi diqqətimi çəkdi. Çünki bu il Türkiyədə COP-31 keçiriləcək. Türkiyədən gələn nümayəndələr Azərbaycanın COP-29 təcrübəsini yaxından öyrənmək və bu təcrübədən istifadə etmək istədiklərini bildirdilər.
Azərbaycan mütəxəssisləri də COP31-in Türkiyədə keçirilməsi prosesində iştirak edirlər. Bu, Azərbaycan təcrübəsinin regional və beynəlxalq səviyyədə paylaşılmasının göstəricisidir.
Bu dinamika həm təşkilatçılıq, həm danışıqlar, həm də fikir mübadiləsi baxımından yüksək standartlar formalaşdırdı. Birləşmiş Millətlər Təşkilatının (BMT) Şəhərsalma və İnsan Məskənləri Proqramının baş katibi Klaudiya Rosbax da bağlanış mərasimində bunu xüsusi qeyd etdi. Bu, Azərbaycanın ev sahibliyinə verilən yüksək qiymət idi".
Müsahibimiz Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirməklə yanaşı, gələcək tədbirlər üçün də mühüm miras qoyduğunu vurğulayıb:
"İstər COP, istər WUF, istərsə də digər beynəlxalq formatlarda bu təcrübə öz təsirini göstərir.
Bu da Azərbaycanın ümumbəşəri dəyərlərə sadiqliyini və beynəlxalq nüfuzunun artmasını nümayiş etdirir. Tədbirin sonunda iştirakçılar arasında həm sevinc, həm də kövrəklik hiss olunurdu. Çünki beş gün ərzində formalaşan əməkdaşlıq və müzakirə mühiti səmimi atmosfer yaratdı".
22:40 / 22 May 2026
1
22:34 / 22 May 2026
153
22:16 / 22 May 2026
135
22:01 / 22 May 2026
62
21:50 / 22 May 2026
51
21:47 / 22 May 2026
73
21:20 / 22 May 2026
81
21:02 / 22 May 2026
80
20:55 / 22 May 2026
424
20:52 / 22 May 2026
58
20:38 / 22 May 2026
89
20:25 / 22 May 2026
102
20:23 / 22 May 2026
94
20:14 / 22 May 2026
826
20:07 / 22 May 2026
81
20:01 / 22 May 2026
82
19:49 / 22 May 2026
351
19:34 / 22 May 2026
577
19:30 / 22 May 2026
149
19:18 / 22 May 2026
284
19:09 / 22 May 2026
89
19:02 / 22 May 2026
505
18:53 / 22 May 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.