Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanın əməkdar artisti VƏFAT ETDİ

Azərbaycanın əməkdar artisti VƏFAT ETDİ

CƏMİYYƏT

105

11.11.2026, 21:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Görkəmli bəstəkar, orqan ifaçısı, Əməkdar artist Arif Abdulla oğlu Mirzəyev noyabrın 10-da vəfat edib.

Oxu24.com xəbər verir ki, musiqiçi uzun sürən xəstəlikdən sonra 83 yaşında Almaniyada dünyasını dəyişib.

Arif Abdulla oğlu Mirzəyev 10 aprel 1944-cü ildə Bakıda anadan olub. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq ixtisası üzrə Qara Qarayevin sinfində təhsil alıb.

​Azərbaycan musiqi tarixində dini-memorial, orqan və polifonik musiqinin əsasını qoyan, Şərq mədəniyyəti ilə Qərb klassik polifoniyasının nadir sintezini yaradan Arif Mirzəyev "İohann Sebastyan Baxın varisləri" beynəlxalq medalına layiq görülüb.