Qaynar xətt:

(+99450) 247 90 86

Putin üçün uzunömürlülük axtarışı: 7 min meymun...

Putin üçün uzunömürlülük axtarışı: 7 min meymun...

DÜNYA

42

11.11.2026, 16:04

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya Prezidenti Vladimir Putinin yaxın dostu Mixail Kovalçukun rəhbərlik etdiyi Kurçatov İnstitutunda yaşlı meymunların unikal kolleksiyası yaradılıb. Alimlər onların köməyi ilə insan ömrünün uzadılması yollarını tapmağa ümid edirlər.

Oxu24.com xəbər verir ki, Kovalçuk bu tədqiqatlar barədə Moskvada keçirilən Kurçatov Genom Forumu çərçivəsində danışıb.

“İnstitutun laboratoriyalarında 22 növdən olan 7000-dən çox primat saxlanılır. Yaşlanmanın bütün mərhələlərini izləmək üçün yaşlı meymunlar üzərində analizlər aparırıq. Yaşı 18-dən və 30-dan çox olan fərdləri qiymətləndiririk. Hərtərəfli müayinələr keçiririk: biokimyəvi və struktur analizlər aparır, damarları, beyini – hər şeyi tədqiq edirik. Primatlar bizə ən yaxın nümunədir. Bu, ömrün uzadılmasını tənzimləyən sistemin yaradılması üçün əsasdır”, - o bildirib.

Rusiya mediasının məlumatına görə, Kurçatov İnstitutu Rusiya Elmi Cərrahiyyə Mərkəzi ilə birgə uzunömürlü meymunların qan nümunələrindən ibarət biobank yaradıb.

Mərkəzin direktoru Konstantin Kotenko bildirib ki, nümunələr yaşlanma proseslərinin öyrənilməsi üçün istifadə olunacaq.

Qeyd edək ki, Rusiya hökumətinin yaşlanma ilə mübarizə məqsədilə bioprint, ksenotransplantasiya və gen terapiyasını əhatə edən 26 milyard dollarlıq proqram maliyyələşdirdiyi barədə məlumat yayılmışdı. Proqrama Putinin iki yaxın adamı - qızı Mariya Vorontsova və Kurçatov İnstitutunun rəhbəri Mixail Kovalçukun rəhbərlik etdiyi bildirilmişdi.

Axar.az