Vəfat etmiş şəxsin torpaq sahəsinə çıxarış almaq mümkündürmü? – AÇIQLAMA
11 Noyabr 2026, 13:48
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
59
11.11.2026, 21:05
Yarım milyon manatdan çox vəsaiti leqallaşdırmaqda ittiham edilən sahibkar Rizvan Camalovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Oxu24.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə məhkəmə prosesində təqsirləndirilən şəxsin anket məlumatlarını dəqiqləşdirib, hüquq və vəzifələri izah olunub.
Məhkəmə tərkibi işin baxışa verilməsi barədə qərar qəbul edib.
Məhkəmənin baxış iclası 24 noyabra təyin edilib.
İttihama görə, təqsirləndirilən şəxs istintaqla şəxsiyyətləri müəyyən edilməyən bir qrup şəxslə avtomobil ehtiyat hissələrinin idxalı, alışı və satışı ilə məşğul olarkən dövlət büdcəsinə ödəməli olduğu vergiləri ödəməkdən yayınıb. O, özünün ifşa olunmamasını təmin etmək məqsədi ilə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs kimi qeydiyyatdan keçib.
O, həmçinin fəaliyyətsiz saxladığı həmin sahibkarlıq subyekti üzərindən maliyyə əməliyyatları həyata keçirmək üçün 2021-ci ildən fəaliyyətə başlayıb.
Hazırda həbsdə olan təqsirləndirilən şəxs xarici ölkə ərazisindən ölkəyə müxtəlif təyinatlı malları gətirərəkən öz gəlirlərini az göstərib, bununla da 625 min manatdan çox vəsaiti leqallaşdırıb.
Ona Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 213.3-cü (Xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma, mütəşəkkil dəstə halında törədildikdə, xüsusilə külli miqdarda törədildikdə) maddələi ilə ittiham elan edilib.
Zərərçəkmiş şəxs qismində Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi Hüquq İdarəsi tanınıb.
İş əvvəlcə baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə təqdim olunsa da, sonradan Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
21:14 / 11 Noyabr 2026
1
21:08 / 11 Noyabr 2026
73
20:58 / 11 Noyabr 2026
64
20:49 / 11 Noyabr 2026
329
20:47 / 11 Noyabr 2026
59
20:28 / 11 Noyabr 2026
71
20:22 / 11 Noyabr 2026
97
20:19 / 11 Noyabr 2026
75
20:08 / 11 Noyabr 2026
82
19:57 / 11 Noyabr 2026
396
19:49 / 11 Noyabr 2026
109
19:43 / 11 Noyabr 2026
96
19:33 / 11 Noyabr 2026
115
19:19 / 11 Noyabr 2026
164
19:07 / 11 Noyabr 2026
108
18:42 / 11 Noyabr 2026
461
18:39 / 11 Noyabr 2026
233
18:35 / 11 Noyabr 2026
182
18:30 / 11 Noyabr 2026
218
18:29 / 11 Noyabr 2026
245
18:23 / 11 Noyabr 2026
147
18:17 / 11 Noyabr 2026
237
18:13 / 11 Noyabr 2026
191
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.