Azərbaycan WUF13-ün yekunlarını Niderlandda təqdim edib
27 May 2026, 16:41
Qaynar xətt:
(+99450) 247 90 86
WUF13
901
22.05.2026, 18:23
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) Azərbaycanın son illərdə qazandığı siyasi nüfuzun, iqtisadi gücün və qlobal təşəbbüslərdə artan rolunun dünyaya nümayişi oldu.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova bildirib.
Azərbaycan artıq qlobal inkişaf gündəliyini formalaşdıran dövlətlər sırasındadır
Elnarə Akimova deyib ki, dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələr, ekspertlər, dövlət rəsmiləri və beynəlxalq təşkilatların təmsilçiləri Bakıda yalnız müasir şəhərsalma modellərini müzakirə etmədilər, onlar eyni zamanda yeni inkişaf mərhələsinə qədəm qoymuş Azərbaycanın reallıqları ilə yaxından tanış oldular: “Bu gün artıq danılmaz həqiqətdir ki, Azərbaycan beynəlxalq platformalarda sözünü deyən, təşəbbüs irəli sürən və qlobal proseslərə təsir göstərən dövlətlər sırasında yer alır. WUF13 bunu bir daha bütün dünyaya göstərdi. Forumun yüksək səviyyədə təşkili, müasir texnoloji imkanlarla təmin olunmuş infrastruktur, təhlükəsizlik, logistika və peşəkar koordinasiya iştirakçılar tərəfindən xüsusi rəğbətlə qarşılandı. Bu isə təsadüfi deyil. Çünki Azərbaycan son illərdə dünyanın ən mötəbər beynəlxalq tədbirlərinə uğurla ev sahibliyi edən ölkəyə çevrilib”.
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr dünya üçün nümunəyə çevrilir
Deputat qeyd edib ki, Bakı Forum günlərində sanki dünyanın urban inkişaf mərkəzinə çevrilmişdi: “Burada səsləndirilən fikirlər, aparılan müzakirələr və təqdim olunan layihələr göstərdi ki, Azərbaycan artıq yalnız regional deyil, qlobal urbanizasiya siyasətində də mühüm aktor kimi qəbul olunur. Dayanıqlı şəhərsalma, yaşıl enerji, innovativ idarəetmə və rəqəmsal transformasiya istiqamətində ölkəmizin ortaya qoyduğu təcrübə beynəlxalq dairələrdə böyük maraq doğurur. Xüsusilə diqqət çəkən məqamlardan biri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən nəhəng bərpa və yenidənqurma layihələri oldu. Uzun illər dağıntı və vandalizmə məruz qalmış torpaqlarda qısa müddətdə qurulan müasir infrastruktur, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi dünyanın aparıcı urbanizasiya mütəxəssisləri tərəfindən heyranlıqla qarşılanır. Azərbaycan bu gün postmünaqişə dövründə bərpa modelini praktik nəticələrlə nümayiş etdirən nadir ölkələrdən biridir. Ağdamdan Füzuliyə, Zəngilandan Laçına qədər həyata keçirilən layihələr bir daha sübut edir ki, Azərbaycan yalnız dağıntıları aradan qaldırmır, eyni zamanda gələcəyin şəhərlərini qurur. Yaşıl enerji zonaları, müasir nəqliyyat-kommunikasiya xətləri, ekoloji yanaşmalar və rəqəmsal həllər bu əraziləri regionun yeni inkişaf mərkəzinə çevirir. Dünyanın bir çox ölkələri üçün bu təcrübə artıq öyrənilən model kimi qəbul edilir”.
Prezident İlham Əliyevin uzaqgörən siyasəti Azərbaycanın qlobal mövqelərini gücləndirib
Elnarə Akimova bütün bu uğurların əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl, uzaqgörən və strateji inkişaf siyasəti dayandığını vurğulayıb: “Son illərdə ölkədə reallaşdırılan genişmiqyaslı layihələr Azərbaycanın iqtisadi imkanlarını artırmaqla yanaşı, onun beynəlxalq nüfuzunu da əhəmiyyətli dərəcədə gücləndirib. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan bu gün qlobal çağırışlara cavab verən, real həll yolları təklif edən və müasir inkişaf konsepsiyası ortaya qoyan güclü dövlət kimi tanınır. WUF13 çərçivəsində dünya bir daha şahid oldu ki, Azərbaycan artıq yalnız beynəlxalq təşəbbüslərə qoşulan ölkə deyil. Azərbaycan yeni ideyalar formalaşdıran, qlobal gündəliyə töhfə verən və gələcəyin inkişaf modellərini təqdim edən dövlətə çevrilib. Forum həm də onu göstərdi ki, Bakı beynəlxalq dialoq, əməkdaşlıq və strateji qərarların qəbul edildiyi mühüm platformalardan biridir. Bu möhtəşəm tədbir Azərbaycanın artan gücünün, nüfuzunun və siyasi çəkisinin növbəti təsdiqi kimi tarixə düşdü. WUF13 bir daha sübut etdi ki, Azərbaycan yalnız regionun deyil, dünyanın inkişaf xəritəsində xüsusi yerə malik olan qüdrətli dövlətdir”.
20:30 / 19 Sentyabr 2026
26
20:30 / 19 Sentyabr 2026
30
20:23 / 19 Sentyabr 2026
42
20:13 / 19 Sentyabr 2026
43
20:09 / 19 Sentyabr 2026
118
20:00 / 19 Sentyabr 2026
44
19:54 / 19 Sentyabr 2026
57
19:48 / 19 Sentyabr 2026
1
19:48 / 19 Sentyabr 2026
95
19:44 / 19 Sentyabr 2026
461
19:42 / 19 Sentyabr 2026
145
19:36 / 19 Sentyabr 2026
60
19:33 / 19 Sentyabr 2026
55
19:27 / 19 Sentyabr 2026
89
19:20 / 19 Sentyabr 2026
75
19:12 / 19 Sentyabr 2026
66
18:48 / 19 Sentyabr 2026
68
18:37 / 19 Sentyabr 2026
74
18:27 / 19 Sentyabr 2026
557
18:23 / 19 Sentyabr 2026
85
18:02 / 19 Sentyabr 2026
69
17:07 / 19 Sentyabr 2026
136
16:59 / 19 Sentyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.