Bal niyə illərlə xarab olmur? - SİRR AÇILDI
11 Noyabr 2026, 13:41
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
47
11.11.2026, 19:43
Böyük Britaniyada həyata keçirilən genişmiqyaslı elmi tədqiqatlar tibb elmində yeni bir mərhələnin açılacağını və gələcəkdə bir çox xəstəliklərin əvvəlcədən proqnozlaşdırılmasının mümkün olacağını göstərir. Alimlər qan nümunələrini təhlil edərək müəyyən zülalların xərçəng və ürək-damar xəstəlikləri başda olmaqla müxtəlif ölüm riskləri ilə birbaşa əlaqəli olduğunu aşkarlayıblar. Bu cür bioloji göstəricilərin analizi insanlara öz sağlamlıq vəziyyətləri barədə daha dərindən məlumat əldə etməyə və riskləri öncədən görməyə imkan verir.
Lakin belə mürəkkəb metodların gündəlik, adi qan analizlərinə dərhal tətbiq edilməsi hələlik müəyyən çətinliklərlə üzləşir. İstənilən yeni üsulun tətbiqi üçün onun kütləvi şəkildə yoxlanılması və səhiyyə sisteminin məcburi tibbi sığorta zərfinə daxil edilməsi tələb olunur. Mütəxəssislər bildirirlər ki, hələlik tam spesifikliyə malik, birbaşa xəstəlikləri qəti şəkildə proqnozlaşdıran universal zülal markerləri tam formalaşmayıb. Bununla belə, bəzi sahələrdə, məsələn, prostat vəzi xəstəliklərində istifadə olunan PSA kimi markerlər müəyyən istiqamətdə faydalı nəticələr versə də, onların da dəqiqlik səviyyəsi daim təkmilləşdirilməlidir. Gələcəkdə bu cür tədqiqatların əsas məqsədi məhz həmin markerlərin həssaslıq, dəqiqlik və spesifiklik göstəricilərini yüksəltməkdir. Göstəricilər müəyyən həddə çatdıqdan sonra onlar klinik protokollara daxil edilir və xəstəliklərin erkən aşkarlanmasında böyük rol oynayır. Bu cür elmi yanaşmalar vaxtında müalicəyə başlanılması, xəstəliklərin qarşısının alınması və səhiyyə sisteminin daha hədəfli işləməsi üçün mühüm imkanlar yaradır.
Tanınmış səhiyyə eksperti Adil Qeybulla mövzu ilə bağlı Oxu24.com-a açıqlamasında bildirib ki, insan organizmində fizioloji və ekoloji amillərin, həmçinin daxili mühitin təsiri ilə müxtəlif zülallar və parçalanmış metabolitlər əmələ gəlir. Ekspert qeyd edib ki, hələlik birbaşa onkomarkerlər və ya müxtəlif onkoloji xəstəliklərlə əlaqəli olan 100% spesifiklik göstəricisi olan xüsusi zülallar mövcud deyil:
"Hələlik heç biri spesifik deyil. Məsələn, onkomarkerlər deyilən, birbaşa onkoloji hüceyrələrə bağlı olan markerlər, müxtəlif yəni 100 faiz spesifiklik göstəricisi olan bir yəni zülal və yaxud da digər ingridiyentlər hələlik yoxdur ki, bunlar müxtəlif xəstəliklərin birbaşa prediktoru olsun”.
Adil Qeybulla əlavə edib ki, bu cür analizlər kifayət qədər bahalıdır və onların kütləvi şəkildə icbari tibbi sığorta zərfinə daxil edilməsi istehlakı iki dəfə artıra bilər:
"Həm də ki, bu cür analizlər kifayət qədər bahalı analizlərdir. Bu indi hansısa bir fərdi aparılan analizlərdir, amma bir şeyi nəzərə almaq lazımdır ki, bunun kütləvi şəkildə icbari tibbi sığortanın tərkibinə daxil edilsə, bəlkə də onun istehlakını iki dəfə artıra bilər. Ona görə bu elə də asan deyil”.
Ekspert vurğulayıb ki, gələcəkdə hər hansı bir maddə və ya zülal birmənalı şəkildə xəstəliyin prediktoru olaraq tapılarsa, onlar tibbi praktika tətbiq oluna bilər:
"Həm də hər hansı bir bu prediktor şəklində bu zülalların, digər başqa maddələrin qanda tapsalar ki, belə bir məsələn maddələr var ki, bunlar gələcəkdə hansısa bir xəstəliyin birmənalı şəkildə prediktorudur, bəli, onlar tətbiq oluna bilər. Əslində bəzi markerlər var, deyək ki, PSA, yəni yazılır bu, bu prostat spesifik antigenin baş hərfləridir – PSA. Və bu PSA prostat işlərində bəzən əsas 100 faiz olmasa müəyyən bir göstərici sayılır və onun sonrakı müayinələrini diktə edir”.
Adil Qeybulla qeyd edib ki, bu cür analizlərin həssaslıq, dəqiqlik və həssaslıq göstəriciləri yüksəldikcə klinik protokollara daxil edilir:
"İkinci tərəfdən də, bunlar daha çox yəni spesifik olduqca, yəni bunların spesifiklik, dəqiqlik və bir də həssaslıq göstəriciləri, hansılar ki, bu üç göstərici bu analizlərə tətbiq olunur, bunlar yüksəldikcə müəyyən bir rəqəm səviyyəsində, onda klinik protokollara daxil edilir”.
Sonda ekspert bildirib ki, tədqiqatların əsas məqsədi məhz bu cür maddələri aşkar etmək, onların həssaslıq və dəqiqlik göstəricilərini artıraraq tibbi protokollara daxil etməkdir:
"Tədqiqatların da əsas məqsədi budur. Bu cür maddələri aşkar etmək, onların doğurdan yüksək həmin göstərdiyimiz hədlər, spesifiklik, həssaslıq göstəriciləri, dəqiqlik göstəriciləri artıqca onları protokola daxil etmək, bu müayinənin daha yəni hədəfli olması, daha dəqiq olması, daha məhsuldar olması üçün önəm kəsb edə bilər”.
Çimnaz Telmanqızı
19:57 / 11 Noyabr 2026
13
19:49 / 11 Noyabr 2026
32
19:33 / 11 Noyabr 2026
50
19:19 / 11 Noyabr 2026
110
19:07 / 11 Noyabr 2026
86
18:42 / 11 Noyabr 2026
369
18:39 / 11 Noyabr 2026
173
18:35 / 11 Noyabr 2026
149
18:30 / 11 Noyabr 2026
172
18:29 / 11 Noyabr 2026
191
18:23 / 11 Noyabr 2026
130
18:17 / 11 Noyabr 2026
195
18:13 / 11 Noyabr 2026
152
18:06 / 11 Noyabr 2026
687
18:01 / 11 Noyabr 2026
111
17:42 / 11 Noyabr 2026
303
17:40 / 11 Noyabr 2026
191
17:35 / 11 Noyabr 2026
441
17:16 / 11 Noyabr 2026
117
17:13 / 11 Noyabr 2026
259
17:12 / 11 Noyabr 2026
117
16:35 / 11 Noyabr 2026
132
16:07 / 11 Noyabr 2026
190
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.