Gübrə ətrafında qalmaqal — Kimlərin adları hallanır?
14 Yanvar 2026, 16:52
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
836
13.01.2020, 15:16
169 nömrəli tam orta məktəbin müəllimi İbrahim Cəfərov dərs zamanı VI sinif şagirdini (müvafiq səbəblərə görə şagirdin adı qeyd edilmir) vurduğuna və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən yol verdiyi digər ciddi nöqsanlara görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunub.
Bununla bağlı 169 nömrəli tam orta məktəbdən Oxu24.com-a verilən məlumata görə, İ.Cəfərov 2019-2020-ci dərs ilindən məktəbdə fəaliyyətə başlayıb. Bu müddət ərzində onun məktəbdə şagird və müəllimlərə qarşı kobud rəftarı valideynlər və pedaqoji heyət arasında ciddi narazılığa səbəb olub, onunla bağlı məktəb rəhbərliyinə dəfələrlə şikayətlər olunub. Bu hərəkətlərə son qoyması üçün rəhbərlik tərəfindən bir neçə dəfə ona şifahi xəbərdarlıq edilib. “Müəllimlərin etik davranış qaydaları”nın və Əmək Məcəlləsinin 10-cu maddəsinin tələblərini kobud şəkildə pozduğuna görə 2019-cu ilin oktyabrında İ.Cəfərova töhmət verilib.
Həmçinin oxuyun
Təəssüflər olsun ki, İ.Cəfərov bütün bunlardan düzgün nəticə çıxarmayıb və müəllim adına uyğun olmayan hərəkətlərini davam etdirib. 19 dekabr 2019-cu il tarixdə dərs zamanı VI sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) İ.Cəfərov tərəfindən döyülüb. Bununla bağlı şagirdin valideyni Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edib, uşaq tibbi ekspertizaya göndərilib. Sabunçu Rayon Prokurorluğunda və Sabunçu rayon 13-cü Polis Bölməsində İ.Cəfərovun əməlləri ilə bağlı müvafiq araşdırmalara başlanılıb.
23:57 / 31 Yanvar 2026
24
23:47 / 31 Yanvar 2026
84
23:25 / 31 Yanvar 2026
83
23:10 / 31 Yanvar 2026
111
22:58 / 31 Yanvar 2026
39
22:52 / 31 Yanvar 2026
85
22:42 / 31 Yanvar 2026
76
22:12 / 31 Yanvar 2026
434
22:10 / 31 Yanvar 2026
50
21:58 / 31 Yanvar 2026
344
21:50 / 31 Yanvar 2026
48
21:46 / 31 Yanvar 2026
51
21:40 / 31 Yanvar 2026
72
21:34 / 31 Yanvar 2026
2816
21:11 / 31 Yanvar 2026
633
21:01 / 31 Yanvar 2026
244
20:58 / 31 Yanvar 2026
99
20:54 / 31 Yanvar 2026
61
20:49 / 31 Yanvar 2026
65
20:44 / 31 Yanvar 2026
95
20:38 / 31 Yanvar 2026
278
20:32 / 31 Yanvar 2026
72
20:25 / 31 Yanvar 2026
63
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.