Rayona gəlməyə avtobus tapmayan KƏNDLİLƏR — Regionların ən böyük problemi nə vaxt HƏLLİNİ TAPACAQ?
12 Yanvar 2026, 11:05
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
68
13.01.2026, 22:46
Problemli kreditdən canını qurtaran vətəndaşdan indi də “icra ödənişi” tutulur
2015-ci ildə ölkədə baş verən devalvasiyalar xarici valyutada kredit götürmüş vətəndaşların ödəmə imkanlarını pisləşdirmişdi. “Üzən məzənnə”yə keçən manat ABŞ dolları qarşısında get-gedə dəyər itirir, banklar isə bir ucdan vaxtı keçmiş borclarla bağlı müştərilərini məhkəməyə çəkirdilər.Nəhayət 2019-cu ilin fevralında problemli kreditlərinin həlli ilə bağlı son dərəcə zəruri olan fərman verildi.
İmişlinin Bəcirəvan kəndində yaşayan fiziki tərbiyə müəllimi Şamil Əmənov da “kredit aministiyası” nəticəsində çiynindən ağır yükün götürüldüyünü deyir: “Təsəvvür edin, cərimə faizləri ilə şişən borc beş min dolları keçmişdi. Məlum fərmandan sonra bank qarşısında öhdəliyim iki min manatdan da az oldu. Onu birdəfəyə ödədim.”
Amma üstündən altı il ötəndən sonra vətəndaş bağlanmış problemli kreditindən dolayı yeni problemlə üzləşir: “Oktyabr ayında əlillik pensiyamı almaq istəyərkən gördüm məbləğin yarısı tutulub. Bankdan mənə bildirdilər ki, tutulma icra və probasiya şöbəsinin sərəncamı ilə olub. Başılovlu həmin idarəyə gedəndə məlum oldu ki, son qəpiyinədək ödəyib təmizlik kağızı aldığım kreditimlə bağlı orada iş var.”
Məhkəmə qərar çıxarıb, icra işi açılıb, vətəndaşın xəbəri yox...
İcra məmuru vətəndaşa bildirib ki, 2016-cı ildə “Dəmirbank” ASC ona qarşı borcun tutulması tələbi ilə İmişli rayon məhkəməsinə müraciət edib, məhkəmə əmri ilə bu tələb təmin olunub. Və qəbul edilmiş qərarın icrasıyla bağlı icraat hələ də davam edir...
“Barəmdə məhkəmə qərarı çıxarılıb, icra işi açılıb, guya 9 il iş aparılıb, amma bütün bunlardan mənim xəbərim olmayıb. Bu barədə mənə nə məktub gəlib, nə də zəng olunub. Əgər pensiyam tutulmasaydı, yəqin ki, bu barədə heç vaxt məlumatlı olmayacaqdım”- deyir vətəndaş.
Bank borcunu alıb, amma işi geri çəkməyib
Ş. Əmənov bildirir ki, krediti “Dəmirbank” ASC-dən götürübmüş. Adıçəkilən təşkilat ləğv ediləndən sonra onun hüquqi varisi Əmanətlərin Sığortalanması Fondu olub. Aministiyaya düşən kreditin qalığını da bu təşkilata ödəyib və “təmizlik kağızı” adlandırdığı arayışı da ondan alıb. Vətəndaşın iddiasına görə hazırkı problemi də fond yaradıb:
“Prezident banklara tövsiyə etmişdi ki, bir ay müddətində məhkəmədə olan işləri geri çağırısınlar. Çətin başa düşənlər üçün fərmanda “işlərin geri çağırılması” ifadəsinin izahı da verilib: kredit borcları ilə bağlı iddialardan imtina etmək və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar tədbirlər görmək. Amma Əmanətlərin Sığortalanması Fondu fərmanı kobud surətdə pozaraq nəinki bir ay müddətində, hətta borc öhdəliyimi yerinə yetirəndən sonra da mənə qarşı qaldırılan işi məhkəmədən geri çəkməyib. Belə bir müraciət mənim Mərkəzi Banka şikayətimdən sonra- 2025-ci ilin dekabrın 25-də oldu.”
İcra olunmayan işə görə ödəniş tutulur?!
Heç bir sənəd təqdim olunmadığından İmişli sakininə əvvəl elə gəlib ki, hesabından pul bankın nəfinə tutulur. Amma ona izah olunub ki, bu, icra ödənişidir. Vətəndaş vurğulayır ki, icra məmuru da xidmət haqqını müəyyənləşdirərkən prezident fərmanını görməzdən gəlib:
Həmçinin oxuyun
“İcra ödənişi məhkəmə əmrində qeyd olunan borcun 7 faizi qədər hesablanıb. Burada da fərman, onun təsiri nəzərə alınmayıb. Bir halda ki, borcun tutulması icra məmurunun xidməti olmadan məsləhət bilinib və problem bu cür də öz həllini tapıb, o zaman icra ödənişindən söhbət gedə bilərmi? Ödəniş tələb etmək, hesabdan pul tutmaq üçün ortada elementar icra hərəkəti də olmayıb.”
Ş. Əmənov vaxtilə bankdan kredit götürən bir müəllim yoldaşına zamin dayandığını. həmin kredit üzrə yaranmış borcun da məlum fərmanın təsiri altına düşdüyünü söyləyir. Deyir ki, restrukturizasiya olunan məbləğ müştəri tərəfindən ödənilsə də, bu iş də icra xidmətində açıq qalır: “İcra məmuru bildirdi ki, məndən öz kreditimlə bağlı icra ödənişi tam həcmdə tutulandan sonra o işə keçiləcək. Borc tələbində banklar yalan oldu, icra orqanları gerçək...”
Vəkil: “İcraat formal olaraq davam edir”
Tanınmış vəkil, bank məsələləri üzrə mütəxəssis Əkrəm Həsənov problemli kreditlə bağlı icraatın hələ də davam etməsinə təəccübləndiyini bildirdi:
“Məlum fərman veriləndə həqiqətən xarici valyuta ilə verilmiş kreditlərlə bağlı ölkədə ciddi problemlər vardı. Müştərilərin bir qismi böyük zərər hesabına bu borcu ya ödəyib qurtarmışdı, ya da ödəməkdə idi. Onlara kompensasiya hesablandı. Amma borcu məcburi qaydada tutulanlar, barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olanlar vardı. Bəzi işlər isə məhkəmə baxışında idi. Məhkəmədə olan işlər geri çağrılarkən ortaya bəzi problemlər çıxdı və bunlarla bağlı yeni məhkəmə mübahisələri oldu. Amma bu işlər, demək olar ki, yekunlaşıb. Haradasa bu məsələlərlə bağlı icraat formal olaraq davam edə bilər: bank işi geri çağırmayıb, icra məmuru da deyə bilər ki, borcun məlum fərmanın təsiri altına düşməyimdən xəbərim yoxdur. Onda sual olunur: bu illər ərzində niyə icra hərəkəti aparılmayıb, tərəflərlə danışılmayıb?”
Vəkil tövsiyə edir ki, bu halla üzləşən vətəndaşlar zəruri qərarları əldə edib inzibati məhkəməyə müraciət etsinlər.
“Əminəm ki, Prezident öz qərarını müdafiə edəcək”
40 il müəllim işləyən, daha 4 il dövlət qulluğunda çalışmış, ayağının bir hissəsi amputasiya olunan, övladı Qarabağ qazisi olan 65 yaşlı Şamil Əmənov son bir ayda bank, məhkəmə, icra şöbəsi, hüquq məsləhətxanası, poçt arasında “get-gəl”ə düşdüyünü deyir: “Gözləmədiyim bir vaxtda maliyyə itkisi ilə üzləşməyim rifahıma, sağlamlığıma, dolanışığıma sarsıdıcı zərbə vurub.”
O, bu problemlə bağlı məhkəməyə yox, ölkə başçısına müraciət etmək fikrindədir: “Ortada mübahisə yoxdur ki, məhkəmədə həll oluna. Zamin olduğum kreditlə bağlı da eyni problemlə üzləşə bilərəm. Düşünürəm ki, məsələyə dövlət başçısı müdaxilə etməlidir. Çünki baş verənlər prezident fərmanının pozuntusudur. Əminəm ki, o, öz qərarını sonadək müdafiə edəcək.”
Azər Əli
Zenmedia
23:58 / 13 Yanvar 2026
28
23:49 / 13 Yanvar 2026
34
23:38 / 13 Yanvar 2026
511
23:29 / 13 Yanvar 2026
41
23:29 / 13 Yanvar 2026
220
23:28 / 13 Yanvar 2026
45
23:18 / 13 Yanvar 2026
68
23:11 / 13 Yanvar 2026
41
23:00 / 13 Yanvar 2026
63
22:54 / 13 Yanvar 2026
295
22:53 / 13 Yanvar 2026
34
22:47 / 13 Yanvar 2026
52
22:36 / 13 Yanvar 2026
68
22:25 / 13 Yanvar 2026
48
22:14 / 13 Yanvar 2026
1533
22:05 / 13 Yanvar 2026
126
21:43 / 13 Yanvar 2026
108
21:30 / 13 Yanvar 2026
70
21:20 / 13 Yanvar 2026
72
21:03 / 13 Yanvar 2026
72
20:58 / 13 Yanvar 2026
249
20:52 / 13 Yanvar 2026
70
20:50 / 13 Yanvar 2026
55
20:45 / 13 Yanvar 2026
399
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.