Paşinyan dekabrda Rusiyaya 3 dəfə səfər etməyi planlaşdırır
14 Noyabr 2026, 09:59
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1688
31.01.2026, 21:11
Yanvarın 31-də Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib.
Oxu24.com xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə İran arasında münasibətlərin dostluq, qardaşlıq və mehriban qonşuluq prinsiplərinə əsaslandığı və xalqlarımız arasında tarixi, etnik və dini bağların olduğu bir daha qeyd edilib.
Telefon danışığı əsnasında İran Prezidentinin Azərbaycana səfərləri, dövlət başçılarının görüşləri və apardıqları səmərəli danışıqlar məmnunluqla xatırlanıb, bunların ikitərəfli əlaqələrimizin inkişafına mühüm töhfə verdiyi qeyd olunub. Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün tikintisi üzrə işlərin qrafikə uyğun aparıldığı vurğulanıb.
Dövlətimizin başçısı bölgədə yaranmış vəziyyətin narahatlıq doğurduğunu ifadə edərək, Azərbaycanın gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazır olduğunu bildirib və ölkəmizin bu kimi məsələlərin danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb.
Prezident Məsud Pezeşkian öz tərəfindən Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin müxtəlif aspektləri və gələcək birgə addımlar barəsində fikir mübadiləsi aparılıb, təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.
09:59 / 14 Noyabr 2026
56
09:46 / 14 Noyabr 2026
68
09:30 / 14 Noyabr 2026
67
09:29 / 14 Noyabr 2026
95
09:23 / 14 Noyabr 2026
90
08:09 / 14 Noyabr 2026
1201
01:15 / 14 Noyabr 2026
158
00:40 / 14 Noyabr 2026
313
00:02 / 14 Noyabr 2026
1158
23:58 / 13 Noyabr 2026
163
23:49 / 13 Noyabr 2026
161
23:40 / 13 Noyabr 2026
168
23:28 / 13 Noyabr 2026
162
23:22 / 13 Noyabr 2026
155
23:17 / 13 Noyabr 2026
427
23:09 / 13 Noyabr 2026
184
23:05 / 13 Noyabr 2026
152
23:02 / 13 Noyabr 2026
334
22:53 / 13 Noyabr 2026
163
22:49 / 13 Noyabr 2026
155
22:41 / 13 Noyabr 2026
154
22:36 / 13 Noyabr 2026
177
22:18 / 13 Noyabr 2026
161
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.