Xalq artistinin kürəkəni ilə bağlı QƏRAR
13 Noyabr 2026, 15:37
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
706
31.01.2026, 20:25
2026-cı il yanvarın 31-də “Baku Marriott Hotel Boulevard” mehmanxanasında Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) üzvlərinin növbəti konfransı keçirilib.
Konfransda VK Rəyasət Heyətinin üzvləri ilə yanaşı, paytaxt və respublikanın müxtəlif regionlarında fəaliyyət göstərən vəkil qurumlarını təmsil edən nümayəndələr, fərdi qaydada fəaliyyət göstərən vəkillər olmaqla ümumilikdə 245 vəkil, habelə KİV nümayəndələri iştirak ediblər.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin və Vəkil Marşının səsləndirilməsi ilə başlayıb. Sonra müasir müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən VK sədri Anar Bağırov tədbirin gündəliyini iştirakçıların diqqətinə çatdırıb, Kollegiyanın son illər ərzindəki fəaliyyətinə geniş şəkildə nəzər salıb, ölkəmizdə vəkillik institutunun keçdiyi tarixi inkişaf yolunu təhlil edib. Sədr qeyd edib ki, ötən dövrlər ərzində vəkillik institutunun gücləndirilməsi, hüquqi yardımın keyfiyyətinin yüksəldilməsi və vətəndaşlar üçün əlçatanlığın təmin olunması istiqamətində ardıcıl və sistemli islahatlar həyata keçirilib. Görülən tədbirlər nəticəsində vəkillərin sayında əhəmiyyətli artım baş verib, onların peşəkar hazırlıq səviyyəsi yüksəldilib, davamlı tədris və ixtisasartırma mexanizmləri formalaşdırılıb və müasir tələblərə uyğun olaraq təkmilləşdirilib. Eyni zamanda vəkillərin fəaliyyətinin şəffaflığının artırılması, peşə etikası qaydalarına əməl olunmasının gücləndirilməsi və institusional idarəetmənin modernləşdirilməsi sahəsində mühüm addımlar atıldığı vurğulanıb.
Həmçinin Anar Bağırov çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 noyabr 2025-ci il tarixli Fərmanı ilə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilmiş mütərəqqi və sistemli dəyişikliklərə də toxunub. Sədr bildirib ki, bu yeniliklər vəkillik institutunun institusional baxımdan daha da möhkəmləndirilməsinə, peşə fəaliyyətinin daha səmərəli, çevik və müasir tələblərə uyğun şəkildə təşkilinə xidmət göstərir.
Daha sonra konfransda Kollegiyanın 2025-ci il ərzində həyata keçirdiyi fəaliyyətləri əks etdirən illik hesabat filmi nümayiş olunub.
Gündəliyə uyğun olaraq konfrans çərçivəsində Hesablama Komissiyasının tərkibi müəyyən edilib. Bununla yanaşı, Kollegiyanın Nizamnaməsinə, Vəkillərin İntizam və İxtisas Komissiyalarının Əsasnamələrinə, eləcə də “Vəkillərin etik davranış qaydaları haqqında” Əsasnaməyə əlavə və dəyişikliklər edilməsi ilə bağlı məsələlər müzakirə olunaraq qərarlar qəbul edilib.
Bundan başqa, tədbirdə VK-nın maliyyə-təsərrüfat fəaliyyəti üzrə hesabatı və növbəti dövr üçün büdcəsi, “Üzvlük haqqının ödənilməsi qaydası”, “Monitorinqin aparılması qaydası”, “Vəkil orderinin və order markasının forması, hazırlanması və istifadə qaydası”, habelə “Vəkil qurumlarının yaradılması qaydası” təsdiqlənib, habelə vəkillərin il ərzində iştirak etməli olduğu icbari tədris tədbirlərinin minimal saat sayı müəyyən olunub.
Konfransda Vəkillər Kollegiyasının fəaliyyəti ilə bağlı əhəmiyyət kəsb edən digər məsələlər də gündəliyə çıxarılıb. Bu məsələlər ətrafında geniş müzakirələr aparılıb, iştirakçılar tərəfindən müxtəlif təkliflər səsləndirilib, eləcə də ünvanlanan suallar ətraflı şəkildə cavablandırılıb.
09:59 / 14 Noyabr 2026
56
09:46 / 14 Noyabr 2026
68
09:30 / 14 Noyabr 2026
67
09:29 / 14 Noyabr 2026
95
09:23 / 14 Noyabr 2026
90
08:09 / 14 Noyabr 2026
1201
01:15 / 14 Noyabr 2026
158
00:40 / 14 Noyabr 2026
313
00:02 / 14 Noyabr 2026
1158
23:58 / 13 Noyabr 2026
163
23:49 / 13 Noyabr 2026
161
23:40 / 13 Noyabr 2026
168
23:28 / 13 Noyabr 2026
162
23:22 / 13 Noyabr 2026
155
23:17 / 13 Noyabr 2026
427
23:09 / 13 Noyabr 2026
184
23:05 / 13 Noyabr 2026
152
23:02 / 13 Noyabr 2026
334
22:53 / 13 Noyabr 2026
163
22:49 / 13 Noyabr 2026
155
22:41 / 13 Noyabr 2026
154
22:36 / 13 Noyabr 2026
177
22:18 / 13 Noyabr 2026
161
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.