Emin Əmrullayevlə görüşə gedən müəllimin başına iş gəldi: Onları otağa salıb,nazirdən gizlədənlər kim olub? -DETALLAR
03 Fevral 2026, 13:08
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
1166
14.01.2026, 16:52
"Aqrar İnnovasiya və Təzhizat" şirkətinin həbsdə olan keçmiş işçisi, 7 il müddətinə azadlıqdan mərhum edilən Elvin Məmmədli Vilayət oğlunun ailə üzvləri redaksiyamıza müraciət edib.
Oxu24.com xəbər verir ki,onun ailə üzvləri və ailə yaxınları isə 32gun.az-a müraciətdə bildirir ki, yalnız Elvin Məmmədlinin məsuliyyətə cəlb olunması doğru deyil.
Ailədən gələn məlumatda iddia edilir ki, aqrar sektorda fəaliyyət göstərən bir neçə şirkət var ki, “obnaliçka” (pul silinməsi) əməliyyatı ilə məşğuldur. İddiaya görə, həmin şirkətlər milyonlarla vəsaitin mənimsəməsinə dair faktlar mövcuddur. “Bu barədə müəyyən dövlət qurumlarına da müraciət edilib. Hələ ki, bu müraciətlərin nəticəsi yoxdur.
Ona görə də məsələni icitimailəşdirmək qərarına gəlmişik.
Biz demirik ki, Elvin tam təqsirsizdir. Xeyr, onun təqsiri var. Amma təqisir olan tək o deyil”, - deyə müraciət müəllifləri bildirib.
Həmçinin oxuyun
Müraciətdə adı hallananlar Kənd təsərrüfatı məhsullarının (pestisidlər, toxumlar, gübrələr) təchizatçısı Şəmkir rayon sakini, fiziki şəxs Ülviyyə Ənvər qızı, "Zirvə Aqro", "Amin-Q", "Aqro servis" şirkətləri, “Rövşənoğlu şirkətlər qrupuna daxil olan "Rövşənoğlu1", "Rövşənoğlu2", "Rövşənoğlu3" , eləcə də “AzGübrə”, “TapAgro” , “GübrəAz” şirkətləridir.
Tovuz rayonundan Tağıyev Feyruz oğlu Fariz Tağıyevin adın şirkət açıb. Bu gün Feyruz Tağıyev dövlət işində çalışdığına görə oğlu Fariz Mehdiyev adına şirkət açıb.
Qardaşı Çingiz Tağıyev Tovuzda "Qara Bazar" ləqəbi ilə tanınır. Tovuzdan olan Cəfərov Habil, "Aqro lizinq" rəhbəri Cavanşir Əmrahov, Yenə "Aqro Lizinq" şirkətlərinin birində rəhbər postda çalışmış İlham Vəliyev, həmçinin Saniyev Oruc, Qubadan Hakdaro Elnur, İmişlidən Hümbət Həsənovdur (Hacı Hümbət ləqəbli).
Bütün bu adlarını sadaladıqlarımız şirkət və şəxslər Azərbaycanın kənd təsərrüfatının qənimi kəsilib.
Bunların hər biri "şəbəkə" fəaliyyəti göstərirlər.
Elvin Məmmədlinin yaxınları iddia edir ki, bu şirkətlər faktiki olaraq qanunsuz fəaliyyətlə məşğuldur. İddialara görə, dövlət vəsaitləri məhz bu şirkətlərin vasitəsilə qaranlıq məqsədlərə sərf edilir: “Rövşənoğlu” şirkətinin təsisçiləri Tural və Turqay Nağızadə qardaşlarıdır. Onların fəaliyyəti niyə araşdırılmır? Elvin günharkardırsa, bu şəxslər ondan daha çox günahkardır. Çox sayda onların qurbanı olan oğullarımız var.
Hələ podratçı şirkətlər də var. Araşdırmalar aparılsa, onlar da üzə çıxacaq.
Hələ başqa faktlar da var. Təsəvvür edin, torpaq sahələrinə subsidiyalar ayrılıb. Amma həmin torpaqlarda heç bir iş aparılmayıb. Bu dövlət vəsaitinin məniməsilməsi deyilmi? Qanunsuzluq o həddə çatıb ki, dəmyə torpağına belə, susbsidiya ayrılıb.”, - müraciətdə vurğulanır.
Müraciət müəllifləri gübrə satışında da qiymətlərin şişirdildiyini bildirir. “Yəni, gübrə real qiymətindən dəfələrlə baha satılır. Məsələn Rusiyada 17 manata satılan gübrə burda 90 manata satılır. Beləliklə, milyonlarla manat vəsait əldə edilir. Bəs nə üçün bu adamlar barəsində heç bir tədbir görülmür? Elvin Məmmədli dərhal həbs edilir, 7 il azadlıqdan məhrum olunur, amma göz qabağında baş verən bu qanunsuzluqlara göz yumulur”, - deyə Elvin Məmmədlinin yaxınları vurğulayıb.
"Ölkə başçısı cənab prezidentin kənd təsərrüfatına və inkişafına göstərdiyi diqqət qayğı göz önündədir. Bu danılmaz faktdır.
Hər il kənd təsərrüfatının inkişafı, rayonlarda və kəndlərdə yaşayan fermerlərin rifahının yaxşılaşdırılması üçün dövlət büdcəsindən hər il milyonlarla manat subsidiya şəkilində vəsait ayrılır.
Bu vəsaitlərin hamısı Fermer kartları vasitəsi ilə vətəndaşlara çatdırılır.
Həmin vəsaitlərin ayrılması vətəndaşların bu vəsait hesabına gübrə və toxum alaraq kənd təsərrüfatını daha da inkişaf etdirmələrinə xidmət edir.
Bir qrup dəstə öz cinayətkar əməllərinə davam edir. Ali Baş Komandanın dəstəyinə mane olmağa çalışır.
Yuxarıda adı keçənlər nağdsız olan kartlardakı subsidyaları mənimsəyib, müəyyən faiz qismini öz yaxınlarının adlarına açılmış şirkətlər vasitəsi nağdlaşdırırlar" deyə ailə üzvləri vurğulayıb.
Qeyd: Ailə üzvləri və Elvin Məmmədli ilə bağlı məsələni redaksiyamıza çatdıran şəxs onun ailə yaxını Vəlizadə Toğruldur.
Onu da qeyd edək ki, internet resurslarında apardığımız araşdırma zamanı yazıda adı çəkilən şəxslərin vaxtilə eyni məsələ ilə bağlı adlarının hallandığı məlum olub. Beş il əvvəl lentə alınmış həmin görüntüləri təqdim edirik.
15:54 / 04 Fevral 2026
1
15:49 / 04 Fevral 2026
17
15:39 / 04 Fevral 2026
32
15:33 / 04 Fevral 2026
37
15:25 / 04 Fevral 2026
36
15:21 / 04 Fevral 2026
41
15:19 / 04 Fevral 2026
54
15:09 / 04 Fevral 2026
81
15:08 / 04 Fevral 2026
41
14:45 / 04 Fevral 2026
83
14:34 / 04 Fevral 2026
4036
14:27 / 04 Fevral 2026
123
14:21 / 04 Fevral 2026
84
13:41 / 04 Fevral 2026
55
13:24 / 04 Fevral 2026
71
13:15 / 04 Fevral 2026
213
12:54 / 04 Fevral 2026
1041
12:49 / 04 Fevral 2026
126
12:44 / 04 Fevral 2026
132
12:42 / 04 Fevral 2026
95
12:31 / 04 Fevral 2026
721
12:15 / 04 Fevral 2026
671
12:08 / 04 Fevral 2026
239
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.