Kəmaləddin Heydərov rəis müavini təyin etdi
29 Aprel 2026, 17:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
559
31.01.2026, 19:43
İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyində keçirilən Türk Əməkdaşlıq Təşkilatları Koordinasiya Komitəsinin 6-cı iclasında iştirak edib.
İclasın məqsədi Türk əməkdaşlıq təşkilatları arasında əlaqələndirməni gücləndirmək, görülən işlər barədə qarşılıqlı məlumat mübadiləsini təmin etmək və gələcək dövr üçün ortaq fəaliyyət istiqamətlərini müzakirə etmək olub.
Görüşün gündəliyinə əsasən 2025-ci il üzrə Fəaliyyət Planının nəticələri təhlil edilib, 2026-cı il üçün nəzərdə tutulan prioritet təşəbbüslər dəyərləndirilib. Eyni zamanda, Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilmiş 12-ci Zirvə Görüşündə Dövlət Başçıları tərəfindən qəbul edilmiş qərarların və verilmiş tapşırıqların icra mexanizmləri, eləcə də sonrakı addımlar haqqında ətraflı müzakirə aparılıb
İclasda çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova Fondun 2025-ci ildə həyata keçirdiyi əsas layihələr haqqında məlumat verib. Eyni zamanda, Türk dünyasının zəngin mədəni irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılması məqsədilə tərəfdaş qurumlarla əməkdaşlığın davamlı şəkildə genişləndirildiyini qeyd edib.
Xanım Aktotı Raimkulova Fondun prioritetlərinin Türk dünyasının strateji sənədlərinə uyğun şəkildə formalaşdırıldığını, inteqrasiya, əməkdaşlıq və birlik prinsiplərinin bütün təşəbbüslərin əsasını təşkil etdiyini qeyd edib və bu platforma çərçivəsində əlaqələndirilmiş fəaliyyətin ümumi məqsədlərə xidmət etdiyini diqqətə çatdırıb.
Həmçinin oxuyun
İclasa TDT-nin Baş katibi və Koordinasiya Komitəsinin sədri, səfir Kubanıçbek Ömüraliyev sədrlik edib. Toplantıda Türk dünyasının aparıcı beynəlxalq qurumlarının rəhbərləri: TÜRKSOY-un Baş katibi Sultan Raev, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, TÜRKPA-nın Baş katibi Ramil Həsən, Türk İnvestisiya Fondunun iqtisadi məsələlər üzrə baş müşaviri Erhan Türbedar və Türk Ticarət və Sənaye Palataları Birliyinin Baş katibi Adem Kula iştirak ediblər.
17:16 / 29 Aprel 2026
7
17:06 / 29 Aprel 2026
21
17:03 / 29 Aprel 2026
128
16:55 / 29 Aprel 2026
27
16:54 / 29 Aprel 2026
286
16:50 / 29 Aprel 2026
24
16:48 / 29 Aprel 2026
29
16:38 / 29 Aprel 2026
35
16:35 / 29 Aprel 2026
31
16:23 / 29 Aprel 2026
236
16:15 / 29 Aprel 2026
34
16:09 / 29 Aprel 2026
53
15:55 / 29 Aprel 2026
40
15:50 / 29 Aprel 2026
49
15:48 / 29 Aprel 2026
54
15:38 / 29 Aprel 2026
46
15:37 / 29 Aprel 2026
63
15:33 / 29 Aprel 2026
50
15:30 / 29 Aprel 2026
207
15:19 / 29 Aprel 2026
275
15:10 / 29 Aprel 2026
54
14:59 / 29 Aprel 2026
59
14:55 / 29 Aprel 2026
207
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.