Binəqədidə "Ölüm lifti": Sakinlərdən pul yığılır, amma təmir yoxdur – VİDEO
16 Mart 2026, 15:29
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
1861
12.01.2026, 11:05
Tərtər rayonunun Hacıqərvənd kənd sakinləri illərdir ictimai nəqliyyat problemi ilə üz-üzədir. Kənddən rayon mərkəzinə müntəzəm avtobus marşrutunun olmaması sakinlərin gündəlik həyatını xeyli çətinləşdirir.Məsələ odur ki,bu təkcə Tərtərin bir kəndinin yox,Azərbaycanın bütün regionlarının ən aktual problemi olaraq qalır.
Kənd sakinlərinin Oxu24.com-a verdiyi məlumata görə, rayon mərkəzinə getmək üçün məcburən taksi xidmətindən istifadə edirlər.
Lakin bu da hər zaman əlçatan olmur. Bəzən saatlarla taksi gözləməli olurlar. Bundan əlavə, xidmət haqqının baha olması sakinlərin narazılığına səbəb olur. Belə ki, bir sərnişin gedəcəyi məsafədən asılı olmayaraq 1–3 manat arasında ödəniş etməli olur. Bu isə xüsusilə aztəminatlı ailələr üçün ciddi maliyyə yükü yaradır.
Sakinlər bildirirlər ki, ictimai nəqliyyatın olmaması onların işə, xəstəxanaya, dövlət qurumlarına və digər vacib yerlərə vaxtında çatmasına mane olur.
Rəsmi qrumlar isə bu problemi ya öyrənmir, ya da vəziyyətdən çıxış yolu axtarmaqda maraqlı deyillər.
Məsələnin uzun illərdir gündəmdə qalmasına baxmayaraq, məsul qurumların susqunluğu kənd əhalisində narazılığı daha da artırır. Sakinlər bildirirlər ki, dəfələrlə müxtəlif instansiyalara şifahi və yazılı müraciətlər etsələr də, indiyədək hər hansı real addım atılmayıb. Rayon mərkəzinə getmək zərurəti olan yaşlılar, tələbələr, məktəblilər, eləcə də səhiyyə xidmətlərinə ehtiyacı olan şəxslər bu vəziyyətdən daha çox əziyyət çəkirlər.
Həmçinin oxuyun
Sakinlərin sözlərinə görə, bəzi hallarda təcili tibbi yardım və digər vacib xidmətlərə vaxtında çatmaq da çətinləşir. Xüsusilə qış aylarında və əlverişsiz hava şəraitində taksi tapmaq demək olar ki, mümkünsüz olur.
Nəticədə insanlar ya yüksək məbləğ ödəməyə məcbur qalır, ya da planlaşdırdıqları işlərdən imtina edirlər. Maraqlı məqam ondan ibarətdir ki, kənd yolları istifadəyə yararlı olduğu halda, marşrut avtobusunun təşkil edilməməsi üçün ciddi texniki maneə də mövcud deyil. Hacıqərvənd kənd sakinləri hesab edirlər ki, rəsmi qurumlar məsələni yerində araşdırmalı, real vəziyyətlə tanış olmalı və kənd–rayon mərkəzi istiqamətində müntəzəm avtobus marşrutunun yaradılması üçün təxirəsalınmaz addımlar atmalıdırlar. Əks halda, bu problem sosial narazılığın dərinləşməsinə və kənd əhalisinin gündəlik həyatının daha da çətinləşməsinə səbəb olacaq.
Hacıqərvənd kənd sakinləri aidiyyəti qurumlardan problemin araşdırılmasını və kənd–rayon mərkəzi istiqamətində avtobus marşrutunun bərpa olunmasını xahiş edirlər.
Məsələ ilə bağlı Oxu24.com Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən münasibət öyrənmək istəsə də,suallara cavab almaq mümkün olmayıb.
Hazırladı: Nərmin Balacayeva
01:10 / 31 Mart 2026
87
00:59 / 31 Mart 2026
30
00:16 / 31 Mart 2026
135
00:00 / 31 Mart 2026
42
23:49 / 30 Mart 2026
43
23:29 / 30 Mart 2026
48
23:15 / 30 Mart 2026
54
23:05 / 30 Mart 2026
161
22:52 / 30 Mart 2026
267
22:41 / 30 Mart 2026
83
22:32 / 30 Mart 2026
67
21:54 / 30 Mart 2026
76
21:40 / 30 Mart 2026
150
21:22 / 30 Mart 2026
71
21:10 / 30 Mart 2026
96
20:49 / 30 Mart 2026
165
20:19 / 30 Mart 2026
248
20:03 / 30 Mart 2026
242
19:45 / 30 Mart 2026
227
19:31 / 30 Mart 2026
259
19:19 / 30 Mart 2026
235
19:10 / 30 Mart 2026
263
18:51 / 30 Mart 2026
288
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.