Quba haqqında maraqlı FAKTLAR: 28 ölkə bu rayondan kiçikdir
18 Fevral 2026, 13:09
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
1816
31.01.2026, 18:35
Xəzər dənizinin səviyyəsinin azalması son illər ictimaiyyətdə ciddi narahatlıq doğurur. Lakin alimlərin və tarixi mənbələrin araşdırmaları göstərir ki, bu proses yeni deyil və Xəzər dənizi tarix boyu səviyyəsini dəfələrlə dəyişib. Dənizin səviyyəsində baş verən bu dəyişikliklər onun təbii inkişaf dövrünün ayrılmaz hissəsidir.
Oxu24.com xəbər verir ki,məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən coğrafiya elmləri doktoru, professor Əmir Əliyev bildirib ki, Xəzər dənizinin səviyyəsi tarix boyu transqressiya və reqressiya prosesləri ilə daim qalxıb-enib.
Professorun sözlərinə görə, tarixi mənbələr Xəzərdə ən böyük səviyyə azalmasının eramızdan əvvəl I əsrdə baş verdiyini göstərir:
“Tarixi faktlara əsaslansaq, həmin dövrdə Xəzər dənizinin səviyyəsi indiki göstəricidən bir neçə metr aşağı olub. Bunu təsdiqləyən maraqlı faktlardan biri 1941-ci ildə Pirallahı adası ilə Abşeron yarımadasını birləşdirən torpaq bəndinin çəkilişi zamanı üzə çıxıb. Həmin ərazidə suyun altından qədim skif qəbirləri aşkarlanıb ki, bu da o dövrdə dənizin səviyyəsinin xeyli aşağı olduğunu sübut edir”.
Əmir Əliyev bildirib ki, digər mühüm tarixi fakt VI əsrə aid Dərbənd qalası ilə bağlıdır:
“Məlumdur ki, təxminən 570-ci illərdə inşa edilən Dərbənd qalası tikilərkən Xəzər dənizi birbaşa qala divarlarına qədər çatırmış və bu, müdafiə məqsədi daşıyıb. Hazırda isə dənizin geri çəkilməsi nəticəsində qala sahildən təxminən 3 kilometr aralıda yerləşir”.
Professor XIII əsrdə tikilmiş Səbail qalasının da Xəzərin səviyyə dəyişkənliyinin bariz nümunəsi olduğunu qeyd edib:
“1235–1236-cı illərdə inşa edilən Səbail qalası hazırda qismən suyun altından üzə çıxıb. Araşdırmalar göstərir ki, həmin dövrdə Xəzərin səviyyəsi indikindən təxminən 3 metr aşağı olub. Eyni hal Kür çayı deltasında yerləşən qədim Bəndəvan şəhəri ilə bağlı da müşahidə olunur. Şəhərin mövcudluğu Xəzərin səviyyəsinin aşağı düşdüyü dövrlərlə üst-üstə düşür”.
Onun sözlərinə görə, Xəzər dənizinin səviyyə dəyişməsi dövri xarakter daşıyır:
Həmçinin oxuyun
“Araşdırmalar göstərir ki, təxminən hər 200–250 ildən bir Xəzərin səviyyəsi yüksəlir, növbəti 200–250 il ərzində isə azalır. Son böyük səviyyə dəyişməsi XIX əsrin əvvəllərində, xüsusilə 1805-ci illərdə müşahidə olunub. Abbasqulu ağa Bakıxanov da öz əsərlərində qeyd edir ki, həmin dövrdə Xəzərin suları qala divarlarının üzərini örtəcək qədər yüksəlib”.
Əmir Əliyev vurğulayıb ki, hazırkı mərhələ Xəzərin səviyyəsinin azalma dövrünə təsadüf edir və bu prosesin təxminən 2040–2050-ci illərə qədər davam edəcəyi ehtimal olunur:
“Keçmişdə səviyyə qalxan dövrlərdə sahilboyu ərazilərdə beton bəndlər və qoruyucu qurğular tikilib. Dəniz geri çəkildikcə həmin qurğular, daş yollar, ağac kötükləri və digər obyektlər suyun altından üzə çıxır. Bu proses xüsusilə Lənkəran zonasında və Abşeron yarımadasının bəzi ərazilərində daha aydın görünür”.
Professorun fikrincə, Xəzər dənizinin səviyyəsinin dəyişməsi tamamilə təbii prosesdir və buna panika ilə yanaşmaq düzgün deyil:
“Xəzərin əsas xüsusiyyəti onun daim qalxıb-enməsidir. Məcazi desək, bu onun ‘yaşayış formasıdır’. Səviyyə dəyişmirsə, Xəzər sanki yaşamır. Xəzər həmişə geri çəkilib yenidən qalxacaq və bu, onun təbii həyat dövrünün ayrılmaz hissəsidir”.
Qeyd edək ki, mütəxəssislər Xəzər dənizində baş verən səviyyə dəyişikliklərinə emosional yox, elmi və tarixi yanaşmanın vacib olduğunu bildirirlər.
23:49 / 20 Fevral 2026
1
23:30 / 20 Fevral 2026
22
23:28 / 20 Fevral 2026
26
23:22 / 20 Fevral 2026
27
23:20 / 20 Fevral 2026
29
23:17 / 20 Fevral 2026
29
23:12 / 20 Fevral 2026
30
23:12 / 20 Fevral 2026
38
22:58 / 20 Fevral 2026
90
22:54 / 20 Fevral 2026
2823
22:48 / 20 Fevral 2026
492
22:34 / 20 Fevral 2026
80
22:25 / 20 Fevral 2026
58
22:23 / 20 Fevral 2026
38
22:19 / 20 Fevral 2026
71
22:14 / 20 Fevral 2026
247
22:07 / 20 Fevral 2026
83
22:05 / 20 Fevral 2026
54
21:58 / 20 Fevral 2026
57
21:55 / 20 Fevral 2026
47
21:51 / 20 Fevral 2026
301
21:46 / 20 Fevral 2026
59
21:46 / 20 Fevral 2026
56
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.