Ölüm riskini qanla müəyyən etmək mümkün olacaq? – Ekspertdən VACİB AÇIQLAMA
11 Noyabr 2026, 19:43
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
751
12.05.2026, 20:44
Ürək damarlarına stent qoyulan xəstələrin ən çox verdiyi suallardan biri stentin neçə il fəaliyyət göstərməsi və bir insana neçə dəfə stent taxılmasının mümkün olması ilə bağlıdır. Kardioloqlar isə bildirirlər ki, cəmiyyətdə bu mövzuda yanlış təsəvvürlər kifayət qədər çoxdur.
Mütəxəssislərin sözlərinə görə, stent taxılmasının əsas məqsədi xəstənin ömrünü uzatmaq deyil, ürək damarlarında yaranmış daralma nəticəsində baş verə biləcək infarktın, ürək çatışmazlığının və digər ağırlaşmaların qarşısını almaqdır. Əsas hədəf xəstənin həyat keyfiyyətini yaxşılaşdırmaq və onun gündəlik fəaliyyətini daha rahat davam etdirməsini təmin etməkdir.
Həkimlər qeyd edirlər ki, xüsusilə İşemik ürək xəstəliyi olan şəxslərdə damarların daralması səbəbindən hərəkət zamanı ciddi problemlər yaranır. Xəstələr yeriyərkən, pilləkən qalxarkən və ya fiziki aktivlik zamanı sinədə güclü ağrı və yanma hiss edə bilirlər. Bu ağrı adi mədə göynəməsindən tamamilə fərqlənir və bir çox hallarda insanda ölüm qorxusu yaradır.
Kardioloqlar bildirirlər ki, məhz buna görə belə xəstələr zamanla hərəkətdən çəkinməyə başlayır, fiziki aktivliyi azaldır və gündəlik həyatları məhdudlaşır. Bəzi xəstələrdə isə əsas əlamət ağrı yox, təngnəfəslik olur. Xüsusilə şəkərli diabetdən əziyyət çəkən insanlarda sinir uclarının zədələnməsi səbəbindən klassik sinə ağrısı hiss olunmaya bilər və xəstə yalnız nəfəs darlığından şikayət edə bilər.
Mütəxəssislərin sözlərinə görə, damar daxilinə yerləşdirilən stent və ya Aortokoronar şuntlama əməliyyatı nəticəsində damardakı daralma aradan qaldırılır və ürəyin qidalanması yaxşılaşır. Bunun nəticəsində xəstənin həm fiziki aktivliyi artır, həm də psixoloji vəziyyəti stabilləşir.
Həkimlər vurğulayırlar ki, stentin konkret “ömür müddəti” anlayışı yoxdur. Əgər xəstə düzgün həyat tərzi sürürsə, dərmanlarını vaxtında qəbul edirsə və həkim nəzarətində qalırsa, stent uzun illər problemsiz fəaliyyət göstərə bilər.
Lakin kardioloqlar xüsusi olaraq xəbərdarlıq edirlər ki, bir çox insan stent qoyulduqdan sonra tam sağaldığını düşünür. Halbuki bu, doğru yanaşma deyil. Çünki İşemik ürək xəstəliyi xroniki xəstəlikdir və proses davam edir. Stent sadəcə həmin xəstəliyin yaratdığı təhlükəli daralmanı aradan qaldırır.
Mütəxəssislərin fikrincə, stent qoyulduqdan sonra xəstə həyat tərzini dəyişməzsə, siqaret istifadəsini davam etdirərsə, artıq çəkidən xilas olmazsa və pəhrizə əməl etməzsə, gələcəkdə həm qoyulan stentdə yenidən tutulma yarana, həm də damarın başqa hissələrində yeni daralmalar əmələ gələ bilər.
Kardioloqlar bildirirlər ki, belə hallarda xəstəyə təkrar stent qoyulması və ya yenidən Aortokoronar şuntlama əməliyyatı lazım ola bilər. Buna görə də stentdən sonrakı dövrdə dərman müalicəsinin davam etdirilməsi, düzgün qidalanma, fiziki aktivlik və həkim nəzarəti həyati əhəmiyyət daşıyır.
Nigar
22:11 / 11 Noyabr 2026
1
22:07 / 11 Noyabr 2026
8
22:06 / 11 Noyabr 2026
25
21:59 / 11 Noyabr 2026
39
21:45 / 11 Noyabr 2026
52
21:14 / 11 Noyabr 2026
324
21:08 / 11 Noyabr 2026
299
21:05 / 11 Noyabr 2026
103
20:58 / 11 Noyabr 2026
105
20:49 / 11 Noyabr 2026
534
20:47 / 11 Noyabr 2026
94
20:28 / 11 Noyabr 2026
98
20:22 / 11 Noyabr 2026
119
20:19 / 11 Noyabr 2026
99
20:08 / 11 Noyabr 2026
99
19:57 / 11 Noyabr 2026
534
19:49 / 11 Noyabr 2026
130
19:43 / 11 Noyabr 2026
115
19:33 / 11 Noyabr 2026
139
19:19 / 11 Noyabr 2026
187
19:07 / 11 Noyabr 2026
127
18:42 / 11 Noyabr 2026
516
18:39 / 11 Noyabr 2026
282
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.