Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan şahmatçısı Nərmin Abdinova Avropa çempionatında qızıl medal qazanıb

Azərbaycan şahmatçısı Nərmin Abdinova Avropa çempionatında qızıl medal qazanıb

İDMAN

44

11.11.2026, 22:07

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan təmsilçisi Nərmin Abdinova Yunanıstanın Hersonissos şəhərində keçirilən 8-18 yaşlı şahmatçılar arasında Avropa çempionatında qızıl medal qazanıb.

Bu barədə Oxu24.com-a Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.

18 yaşadək qızların mübarizəsində çıxış edən şahmatçımız VIII turda Polşa təmsilçisi Klara Şçotkanı məğlub edərək ardıcıl səkkizinci qələbəsini qazanıb. Bununla da bütün görüşlərini qalibiyyətlə başa vuran Nərmin Abdinova son turun nəticəsindən asılı olmayaraq Avropa çempionluğunu təmin edib.

Qeyd edək ki, Azərbaycanın U-18 yaş qrupu üzrə qızlar arasında Avropa çempionatında əvvəlki qızıl medalı 2014-cü ildə Batumidə Ülviyyə Fətəliyeva qazanıb.

Avropa çempionatına noyabrın 12-də yekun vurulacaq.