Prezidentlərin diqqətini çəkən XTQ zabiti kimdir?
11 Noyabr 2026, 15:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
85
11.11.2026, 15:31
“2027-ci ildə Azərbaycanda böyük sosial paket həyata keçiriləcək. Bunun üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Oxu24.com xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin birgə komitələrində büdcə müzakirəsi zamanı deputatlaırn qaldırdığı sualları cavablandırarkən deyib.
O bildirib ki, hazırda hökumət layihələrin yekun variantı üzərində işləyir. Ölkə rəhbərliyi layihəni təsdiqlədikdən sonra vəsaitlərin də müvafiq maddələr üzrə bölgüsü aparılacaq: “O zaman rəqəmləri hər birimiz görəcəyik”.
Maliyyə naziri deyib ki, əhalinin rifahının, xüsusilə pensiyaçıların rifahının qorunması üçün ölkədə hər il pensiyaların indeksasiyası həyata keçirilir: “Bu indeksasiya əvvəlki il üzrə orta əməkhaqqının artım məbləğinə uyğun şəkildə həyata keçirilir. Son beş ildə indeksasiyalar orta hesabla 9 % ətrafında olub. Nəzərə alsaq ki, cari ildə bizim inflyasiya gözləntimiz və faktiki göstəricimiz artıq 5,6 %-dir, 10 aylıq göstərici əsasında gələn il üçün proqnozumuz isə 5,3 %-dir. Həmçinin pensiya indeksasiyasının ənənəvi olaraq son illərin göstəriciləri və cari ilin 10 ayında orta əməkhaqqı artımı nəzərə alınmaqla hesablandığını nəzərə alsaq, düşünürük ki, bu indeksasiya yenə də inflyasiyadan yüksək olacaq və əhalinin gəlirləri artacaq”.
S.Babayev söyləyib ki, rəqəmin bu gün səsləndirilə bilməməsinin səbəbi göstəricinin 12 aylıq orta əməkhaqqı artımına uyğun müəyyən edilməsidir:
“Biz isə orta illik artım rəqəmini yanvar ayının sonunda, yəni 12 aylıq göstərici formalaşdıqdan sonra biləcəyik. Amma cari dövr üzrə artım, səhv etmirəmsə, 7-8 % ətrafındadır. Növbəti iki ayın göstəricilərini də faktiki olaraq görəcəyik və müvafiq indeksasiya ilə pensiyaçılarımızın gəlirlərinin real artımını təmin edə biləcəyik. Yəni həm inflyasiyaya, həm də digər faktorlara qarşı”.
15:27 / 11 Noyabr 2026
29
15:13 / 11 Noyabr 2026
56
15:07 / 11 Noyabr 2026
84
14:51 / 11 Noyabr 2026
92
14:43 / 11 Noyabr 2026
130
14:39 / 11 Noyabr 2026
128
14:36 / 11 Noyabr 2026
88
14:26 / 11 Noyabr 2026
209
14:13 / 11 Noyabr 2026
601
13:58 / 11 Noyabr 2026
262
13:54 / 11 Noyabr 2026
504
13:48 / 11 Noyabr 2026
144
13:44 / 11 Noyabr 2026
192
13:41 / 11 Noyabr 2026
105
13:33 / 11 Noyabr 2026
252
13:27 / 11 Noyabr 2026
169
13:19 / 11 Noyabr 2026
100
13:13 / 11 Noyabr 2026
106
12:57 / 11 Noyabr 2026
172
12:54 / 11 Noyabr 2026
178
12:48 / 11 Noyabr 2026
132
12:44 / 11 Noyabr 2026
206
12:35 / 11 Noyabr 2026
328
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.