Avropa mətbuatında Zəfər Günü haqqında məqalə dərc olunub - Deputat Məzahir Əfəndiyev yazır
11 Noyabr 2026, 19:07
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
58
11.11.2026, 19:19
Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsinin iştirakçısı Ehtiram Əliyevin vəziyyəti kritik olaraq qalır. Bir həftədən artıqdır ki, süni tənəffüs aparatına qoşulan Milli Qəhrəman huşsuz vəziyyətdədir.
Oxu24.com xəbər verir ki ,bu barədə Musavat.com-a “Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma” İctimai Birliyinin sədri Elşən Uluxanlı məlumat verib. Onun sözlərinə görə, Ehtiram Əliyevin ağciyərindən və qanından götürülən nümunələr müayinə üçün Türkiyəyə göndərilsə də, hələlik cavab alınmayıb və dəqiq diaqnoz müəyyənləşdirilməyib.
Elşən Uluxanlı bildirib ki, həkimlər bir həftə əvvəl ailəyə hər an ən ağır xəbərə hazır olmağı tövsiyə ediblər. Son məlumat isə vəziyyətin nə qədər kritik olduğunu göstərir:
“Bir həftədən çoxdur ki, Ehtiram Əliyev süni tənəffüs aparatına qoşulub və huşu özündə deyil. Onun ağciyərindən və qanından nümunə götürərək Türkiyəyə göndəriblər. Amma hələ də cavab yoxdur, diaqnoz müəyyən edilməyib. Həkimlər bir həftə əvvəl dedilər ki, ailəsi hər an hazır olsun, hər şey ola bilər. Bu gün isə bildirildi ki, sabaha sağ çıxa da, çıxmaya da bilər”.
Qeyd edək ki, Ehtiram Əliyev hazırda Milli Onkologiya Mərkəzinin reanimasiya şöbəsində müalicə alır. Ona xroniki ürək çatışmazlığı, ağciyər ödemi və anemiya diaqnozları qoyulub.
Ehtiram Əliyev 1972-ci il avqustun 1-də Ucar rayonunun Qazyan kəndində anadan olub. Birinci Qarabağ müharibəsində iştirak edən Ehtiram Əliyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
19:07 / 11 Noyabr 2026
62
18:42 / 11 Noyabr 2026
313
18:39 / 11 Noyabr 2026
141
18:35 / 11 Noyabr 2026
128
18:30 / 11 Noyabr 2026
151
18:29 / 11 Noyabr 2026
164
18:23 / 11 Noyabr 2026
121
18:17 / 11 Noyabr 2026
179
18:13 / 11 Noyabr 2026
136
18:06 / 11 Noyabr 2026
637
18:01 / 11 Noyabr 2026
105
17:42 / 11 Noyabr 2026
276
17:40 / 11 Noyabr 2026
178
17:35 / 11 Noyabr 2026
379
17:16 / 11 Noyabr 2026
108
17:13 / 11 Noyabr 2026
242
17:12 / 11 Noyabr 2026
112
16:35 / 11 Noyabr 2026
127
16:07 / 11 Noyabr 2026
179
16:04 / 11 Noyabr 2026
454
16:01 / 11 Noyabr 2026
139
16:00 / 11 Noyabr 2026
130
15:50 / 11 Noyabr 2026
159
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.