Qaynar xətt:

(+99450) 247 90 86

Məktəblər üçün yeni xidmət fəaliyyətə BAŞLADI

Məktəblər üçün yeni xidmət fəaliyyətə BAŞLADI

CƏMİYYƏT

52

11.11.2026, 17:13

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Elm və Təhsil Nazirliyi ümumi təhsil müəssisələrinin inzibati heyət üzvlərinin müraciətlərinin operativ cavablandırılması və texniki məsələlərin həllinə kömək göstərilməsi məqsədilə 146-4 dəstək xətti istifadəyə verib.

Bu barədə  Oxu24.com-a nazirlikdən məlumat verilib.

Dəstək xətti vasitəsilə ümumi təhsil müəssisələrinin rəhbərləri və inzibati heyət üzvləri müəssisələrin texniki təminatı və elektron jurnaldan istifadə ilə bağlı qarşılaşdıqları məsələlər barədə müraciət edə biləcəklər.

Müraciətlər ümumi təhsil müəssisələrində internet bağlantısı ilə bağlı məsələləri, elektron jurnaldan istifadə zamanı yaranan sual və çətinlikləri, ümumi təhsil müəssisələrində qarşıya çıxan digər texniki məsələləri əhatə edəcək.

Qeyd edilib ki, yeni dəstək xətti ümumi təhsil müəssisələrinin rəqəmsal xidmətlərdən istifadəsi zamanı qarşılaşdıqları texniki çətinliklərin operativ şəkildə aradan qaldırılmasına xidmət edir.