Qaynar xətt:

(+99450) 247 90 86

Bu şəxslər 3 min manatadək cərimə olunacaq

Bu şəxslər 3 min manatadək cərimə olunacaq

CƏMİYYƏT

79

11.11.2026, 18:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İcazəsiz balıq tutan, qadağan olunmuş ərazilərdə və ya vaxtlarda ov edən şəxslər 2 min manatadək cərimələnə, hətta iki il müddətinə balıq ovu hüququndan məhrum edilə bilərlər.

Oxu24.com Trend-ə istinadla xəbər verir ki, bununla bağlı hazırda qüvvədə olan qanunvericilikdə müvafiq müddəalar öz əksini tapıb.

Belə ki, balıqların və digər su bioresurslarının mühafizəsi qaydalarını pozan şəxslər 700 manatdan 1 700 manatadək cərimə edilə bilərlər. Bu hallarda pozuntunun törədilməsində istifadə olunan alətlər və ya pozuntunun bilavasitə obyekti olmuş predmetlər də müsadirə edilə bilər.

Balıqçılıq su obyektlərində istismar olunan su təsərrüfatı obyektlərinin balıqları qoruyan qurğularla təchiz edilməməsinə görə fiziki şəxslər 700 manatdan 1 000 manatadək, vəzifəli şəxslər 2 000 manatdan 3 000 manatadək, hüquqi şəxslər isə 12 000 manatdan 15 000 manatadək cərimələnə bilərlər.

Balıq və digər su bioresurslarının ovlanması qaydalarının kobud şəkildə pozulmasına, o cümlədən müvafiq icazə olmadan, qadağan edilmiş yerlərdə və vaxtlarda, eləcə də qadağan olunmuş alət və üsullarla ov edilməsinə görə 1 000 manatdan 2 000 manatadək cərimə tətbiq oluna bilər. Ov qaydalarının müntəzəm pozulması da bu məsuliyyətə səbəb olur.

Belə hallarda pozuntuda istifadə olunan alətlər və digər predmetlər müsadirə edilə, həmçinin şəxsin ov hüququ 6 aydan 2 ilədək müddətə məhdudlaşdırıla bilər.