Qaynar xətt:

(+99450) 247 90 86

Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək

Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək

CƏMİYYƏT

54

11.11.2026, 17:42

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək.

Oxu24.com-un  məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstilik enerjisindən istifadə Qaydaları"nda nəzərdə tutulub.

Sənədə əsasən, müəyyən edilmiş bəzi ərazilərdə istilik mövsümü noyabrın 15-dən başlayır, istilik təchizatı 2027-ci il aprelin 15-dək davam edəcək.

.

"Azəristilik" ASC-nin açıqladığı statistikaya əsasən, ölkə üzrə 3 800 yaşayış binası, 449 təhsil müəssisəsi və 152 səhiyyə obyekti istilik xidməti ilə əhatə olunur.

Bununla yanaşı, 2 500 sosial və təsərrüfat təyinatlı obyektə də istilik təchizatı xidmətləri göstərilir.