Qaynar xətt:

(+99450) 247 90 86

Avropa mətbuatında Zəfər Günü haqqında məqalə dərc olunub - Deputat Məzahir Əfəndiyev yazır  

Avropa mətbuatında Zəfər Günü haqqında məqalə dərc olunub - Deputat Məzahir Əfəndiyev yazır  

CƏMİYYƏT

39

11.11.2026, 19:07

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Avropa İttifaqının 27 ölkəsində yayımlanan tanınmış "EU Reporter" informasiya portalında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyevin "Şəhərsalma və Memarlıq İli"ndə Zəfər Günü ("Victory Day in the 'Year of Urban Planning and Architecture'") başlıqlı məqaləsi işıq üzü görüb.

Məqalədə Azərbaycan Prezidentinin Sərəncamına əsasən elan olunmuş "Şəhərsalma və Memarlıq İli"ndə xalqımızın 8 Noyabr – Zəfər Gününü böyük coşqu və qürur hissri ilə qeyd etdiyi diqqətə çatdırılır. Vurğulanır ki, 8 Noyabr tarixi Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutur və müzəffər Azərbaycan Ordusunun gücünü bütün dünyaya bir daha sübut edir. Məhz həmin gün qəhrəman əsgər və zabitlərimizin düşməni Qarabağın tacı olan Şuşadan qovub çıxardığı xüsusi qeyd olunur.

Deputat yazısında bildirir ki, 44 günlük Vətən müharibəsində qazanılan Zəfər nəticəsində üçrəngli Bayrağımız işğaldan azad edilmiş şəhərlərimizdə ucaldı. Xalqımızın milli qürur təntənəsinə çevrilən bu tarixi qələbə Prezident İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirilərək noyabrın 8-i Zəfər Günü elan olunub.

M.Əfəndiyev Milli Məclisin plenar iclasında qəbul edilən Zəfər Günü bəyanatına istinad edərək qeyd edir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi qələbənin əhəmiyyəti ildən-ilə daha dolğun üzə çıxır. Vətən müharibəsindəki Zəfərin mahiyyəti dörd fundamental prinsiplə xarakterizə olunur: ədalət, dövlətçilik, hüquq və quruculuq.

Məqalənin sonunda deputat noyabr ayında xalqımızın Zəfər Günü ilə yanaşı, Dövlət Bayrağı Günü və Konstitusiya Gününü də böyük təntənə ilə qeyd etdiyini diqqətə çatdıraraq, bu şanlı tarixlərin gələcək nəsillər üçün dəimi qürur mənbəyi olacağını vurğulayıb.

Həmin məqalə ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:

https://www.eureporter.co/world/azerbaijan-world/2026/11/08/victory-day-in-the-year-of-urban-planning-and-architecture/

Çimnaz Ağayeva