Qaynar xətt:

(+99450) 247 90 86

Kallas Əbu-Dabidə keçirilən danışıqlarla bağlı açıqlama verib

Kallas Əbu-Dabidə keçirilən danışıqlarla bağlı açıqlama verib

DÜNYA

41

11.11.2026, 22:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"France 24" telekanalının məlumatına görə, Avropa İttifaqının (AB) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallasın sözlərinə görə, Rusiya Ukraynadakı münaqişənin həlli üçün Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlardan sanksiyaların qaldırılmasını istəyir.

Oxu24.com xəbər verir  ki,"Rusiyanın bu danışıqlarda nail olmaq istədiyi şey sanksiyaların qaldırılması və dondurulmuş aktivlərin blokdan çıxarılmasıdır. Bunlar Avropada qəbul edilməli olan qərarlardır. Avropadan başqa heç kim belə qərarlar verə bilməz", - deyə o bildirib.

Avropa diplomatiyası rəhbərinin sözlərinə görə, Rusiya Avropa ilə danışmaq istəmir, çünki ABŞ ilə danışmağı daha asan hesab edir.

Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqlar 10-11 noyabr tarixlərində Əbu-Dabidə baş tutub. Rusiya nümayəndə heyətinə Rusiya prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski, xarici işlər nazirlərinin müavinləri Sergey Ryabkov və Mixail Qaluzin, eləcə də Silahlı Qüvvələrin Baş Qərargahının iki idarəsinin nümayəndələri İqor Kostyukov və Yuri Jiqarlovski daxil idi.

Nigar