Qırmızıbazar kəndində traktor minaya düşüb, bir nəfər xəsarət alıb
11 Noyabr 2026, 14:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
49
11.11.2026, 14:43
Rayonlarımızın dotasiyadan asılılığı gələn ildən ümumiyyətlə olmayacaq. Onlar öz gəlirləri ilə xərclərini balanslaşdıra, ödəyə biləcəklər.
Oxu24.com xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında bildirib.
O qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında da gəlirlərin artması hesabına növbəti ildə dotasiya məbləğində azalma baş verəcək. Bələdiyyələrimizlə bağlı dotasiya növbəti il üçün 7,5 milyon manat nəzərdə tutulub. Bu məbləğ cari ildəkinə bərabərdir.
“Cari ildə cəmi iki rayonun subvensiya müraciəti olub. Burada məsələ ilk növbədə bələdiyyələrin üzərinə düşür ki, onlar öz dotasiya və subvensiya sifarişlərini müvafiq qaydada vaxtında hazırlayaraq, onun əsaslandırılması ilə birlikdə təqdim etsinlər. Hökumət tərəfindən onlara tam şəkildə bu dəstək göstərilir. Növbəti dövrlərdə də göstəriləcək”, - deyə nazir qeyd edib.
14:51 / 11 Noyabr 2026
1
14:39 / 11 Noyabr 2026
38
14:36 / 11 Noyabr 2026
41
14:26 / 11 Noyabr 2026
125
14:13 / 11 Noyabr 2026
243
13:58 / 11 Noyabr 2026
171
13:54 / 11 Noyabr 2026
436
13:48 / 11 Noyabr 2026
116
13:44 / 11 Noyabr 2026
159
13:41 / 11 Noyabr 2026
88
13:33 / 11 Noyabr 2026
221
13:27 / 11 Noyabr 2026
141
13:19 / 11 Noyabr 2026
88
13:13 / 11 Noyabr 2026
99
12:57 / 11 Noyabr 2026
157
12:54 / 11 Noyabr 2026
157
12:48 / 11 Noyabr 2026
118
12:44 / 11 Noyabr 2026
175
12:35 / 11 Noyabr 2026
302
12:32 / 11 Noyabr 2026
124
12:29 / 11 Noyabr 2026
103
12:24 / 11 Noyabr 2026
854
12:19 / 11 Noyabr 2026
653
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.