Qaynar xətt:

(+99450) 247 90 86

İİV ƏLEYHİNƏ PEYVƏND TƏSDİQLƏNDİ

news/2026_02_06/peyvend_1770397992.jpg

TİBB

71

06.02.2026, 21:17

VAKSİN UĞURLU NƏTİCƏLƏR GÖSTƏRİB

Oxu24.com ABŞ-da alimlər HİV virusunu ilk dozadan sonra neytrallaşdıra bilən peyvənd prototipi hazırlayıb. Vistar İnstitutunun molekulyar bioloqları tərəfindən yaradılan bu peyvənd primatlar üzərində aparılan sınaqlarda uğurlu nəticə göstərib. Məlumata görə, peyvənd ilk dəfə tətbiq edildikdən sonra immun sistemində nəzərəçarpan neytrallaşdırıcı anticisim reaksiyası müşahidə olunub ki, bu da HİV peyvəndləri sahəsində indiyədək qeydə alınmamış nailiyyətdir.

Tədqiqatçılar bildirib ki, adətən mövcud HİV peyvəndləri yalnız 7–10 dozadan sonra effekt göstərir. Yeni hazırlanmış WIN332 adlı immunogen isə ilk dozadan 3 həftə sonra primatların orqanizmində müxtəlif HİV ştammlarını neytrallaşdıra bilən anticisimlər formalaşıb. İkinci dozadan sonra isə bu anticisimlərin miqdarı əhəmiyyətli dərəcədə artıb. Alimlər bu nəticələrin gələcəkdə insanlarda HİV-ə qarşı effektiv və daha rahat tətbiq olunan peyvəndin hazırlanmasına ümid yaratdığını vurğulayır.Saglamolun.Az