“Ürək xəstələrinin sol tərəfə yatması zərərlidirmi?” – Kardioloq Üzeyir Rəhimovun açıqlaması
27 Aprel 2026, 16:50
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
10031
06.02.2026, 15:51
Payız- qış mövsümünün ən populyar məhsulu və süfrənin vazkeçilməzi turşu və yaxud şorabadır. “Duzlu təamlar ziyanlı ola bilər” kimi klassik “məsləhətləri” kökündən dəyişən tibb mütəxəssisləri son illər bunun əksini deyir.
Bu gün mövzu ilə bağlı Oxu24.com-a Respublikanın Əməkdar Həkimi, tibb üzrə fəlsəfə doktoru,dosenti,həkim-terapevt Taryel Eyvazov danışıb.
- İnsanların “böyrəyin düşməni” adını verdikləri həmin turşu və şorabaların orqanizmimizə faydaları, onların əsl müalicəvi məhsul olduğunu, sağlamlığımız üçün olduqca vacib probiotik, qidalı liflər, fermentlər və vitaminlərlə zəngin olduğunu bir çox insanlar bilmir. "Duzludur- zərərlidir" demək olmaz. Bəzən orqanizmimizin qışda axtardığı vacib elementlər məhz bu "duzlu" məhsulun tərkibində ola bilər.
Mövzu ilə bağlı həkim-terapevt Taryel Eyvazovla müsahibəni təqdim edirik:
-Şorabaların içərisində ən faydalısı hansıdır və orqanizmə hansı faydaları məlumdur?
Həmçinin oxuyun
-Ümumi qəbul olunmuş qaydalarla müxtəlif qidalardan hazırlanmış turşuların böyük əksəriyyətində faydalı fermentlər var. Amma bunlardan ən faydalı hesab ediləni kələm şorabasıdır. Kələm şorabası çox qədimdən,Çinin yarandığı tarixdən mövcuddur.Kələmdən hazırlanan şorabanın saxlanması qaydası onun əsasən yararlı olmasını təşkil edir. Yəni, uyğun şəraitdə hazırlanıb, yeyildikdə turşuların heç biri sağlamlığımız üçün təhlükə deyil, əksinə, sirkə və duz ilə hazırlanmış, tərkibində konservant olmayan bütün şorabaların faydası var. Sərin yerlərdə saxlayıb gündəlik istifadə edilən kələm şorabası C vitamini ilə zəngindir. Şorabanın tərkibindəki, C vitamini orqanizmidə digər müsbət xüsusiyyətli imunitetin yüksəlməsinə səbəb olmasıdır.
-Bəzi insanlar şorabanı yeməksiz, tək yeməyi xoşlayır. Bu zərəli ola bilərmi?
-Mədəsində, böyrəklərində xəstəliklər olanlar duzlu şorabadan istifadə etməsələr daha yaxşı olar.Şoraba əgər tək yox, yemək ilə birlikdə yeyilirsə, tərkibindəki sirkə sayəsində insulin ifrazını tarazlaşdıraraq qan şəkərini kontrolda saxlayır. Ancaq diabet və qan təzyiqi ilə yanaşı böyrək xəstəliyiniz varsa turşu yemək sizin üçün bir risk yarada bilər. Buna görə istehlak miqdarında nəzarət etməlisiniz. Kələm şorabasının daha bir özəlliyini də sizə deyim: Deməli, son illər aparılan elmi tədqiqat işlərindən sonra məlum olub ki , hətta şobabalar dieta saxlayanlar üçün xüsusən, faydalıdır. Bu necə baş verir? Şoraba yüksək miqdarda lif tərkibli olduğu üçün yeməklə bərabər yeyildikdə, qidaların mədədə həzm prosesi yavaşlayır, adam özünü tox hiss edir. Şorabanın tərkibinə vurulan sirkə isə orqanizmdə yağ depolanmasının qarşısını alır. Amma xüsusi qeyd edirəm ki, kələm şorabası zeytun şorabasından fərqli dərəcədə az kalorili olmasından başqa, həm də qəbizliyə qarşı təsirli olduğu üçün arıqlamaq istəyənlərə kömək edir. Yəni, bağırsaq üçün yararlı bakteriyalar şorabanın tərkibində var və bu bağırsaq florasının sağlamlığına xidmət göstərə bilir.
-Şorabanın tərkibi tək sirkə və duzdan ibarət deyil, axı, başqa məhsullar da ona vurulur. Bunlar orqanizmə necə təsir edir?
-Onu da vurğulayaq ki, xanımlar adətən şorabalara sarımsaq, çuğundur, bibər və digər ərzaqlar vurur. Bu məhsullar kələm turşularında flavonoidlərin ( Güclü antioksidan, iltihab əleyhinə və antiviral və xərçəng əleyhinə xüsusiyyətləri ilə tanınır) antioksidan tutumunu yüksəkdir. Məhz bu xüsusiyyətinə görə, kələm şorabası "xərçəngdən də qoruyur" deyə bilərik.
-Gün ərzində şorabanı bir neçə dəfə tükətmək orqanizmə zərərli ola bilərmi?
-Böyük mütəfəkkir Nizaminin bir sözü var. Deyir, “artıq içiləndə dərd verir su da”. İstənilən yeməyi o dərəcədə tükətmək olmaz ki, bu bədəninində, orqanizmində fəsadlara yol açsın.
Söhbətləşdi: Əntiqə Rəşid
13:57 / 28 Aprel 2026
33
13:49 / 28 Aprel 2026
102
13:28 / 28 Aprel 2026
42
13:26 / 28 Aprel 2026
139
13:24 / 28 Aprel 2026
84
13:23 / 28 Aprel 2026
28
13:19 / 28 Aprel 2026
84
13:13 / 28 Aprel 2026
45
13:07 / 28 Aprel 2026
246
13:02 / 28 Aprel 2026
588
12:58 / 28 Aprel 2026
53
12:57 / 28 Aprel 2026
53
12:52 / 28 Aprel 2026
181
12:47 / 28 Aprel 2026
297
12:40 / 28 Aprel 2026
107
12:36 / 28 Aprel 2026
53
12:32 / 28 Aprel 2026
51
12:18 / 28 Aprel 2026
795
12:12 / 28 Aprel 2026
570
12:05 / 28 Aprel 2026
60
11:47 / 28 Aprel 2026
124
11:38 / 28 Aprel 2026
114
11:32 / 28 Aprel 2026
184
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.