Onurğa korseti nə vaxt təhlükəli olur? Həkim DANIŞDI
28 İyul 2026, 16:10
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
676
06.02.2026, 20:20
Soyuq havaların yaxınlaşması ilə ürək xəstələri üçün risklər artır. Mütəxəssislər bildirirlər ki, sinədə göynəmə, sıxıntı və nəfəs darlığı hissi olan şəxslər soyuq havalarda xüsusilə diqqətli olmalıdır.
Oxu24.com xəbər verir ki,həkimlərin sözlərinə görə, ürək xəstələri birdən-birə isti mühitdən soyuğa çıxmamalı, üzünü soyuğa və küləyə doğru hərəkət etməməli, ağır fiziki işlə məşğul olmamalıdır.
Məsələn, qarın təmizlənməsi və ya digər ağır yük daşıma işləri bu dövrdə məsləhət görülmür. Soyuq havada ürək damarları daralır və ürəyin iş yükü artır, eyni zamanda qan qatlaşır ki, bu da ürək tutmaları riskini yüksəldir.
Həkimlər həmçinin vurğulayırlar ki, qış aylarında mayenin kifayət qədər qəbul edilməsi, duzlu və yağlı qidalardan uzaq durulması, həmçinin siqaret və spirtli içkilərin tərgitilməsi və ya minimuma endirilməsi vacibdir. Soyuq havada spirtli içki istifadəsi qaraciyərdə temperaturun artmasına və qan qatlaşmasına səbəb ola bilər ki, bu da ürək tutmaları riskini yüksəldir.
Ekspertlərin tövsiyəsi belədir: ürək xəstələri, həmçinin ürək problemi olmasa belə sinədə sıxıntı, göynəmə və nəfəs darlığı hiss edən şəxslər qış aylarında sübh tezdən və gecə saatlarında açıq havaya çıxmamalı, təzyiqini yoxlamalı, həb və maye qəbuluna diqqət etməlidir.
Belə tədbirlər ürək xəstələrinin sağlamlığını qorumağa və soyuq havaların yaratdığı riskləri minimuma endirməyə kömək edir.
Hazırladı: Nigarxanım
00:01 / 29 İyul 2026
3
23:54 / 28 İyul 2026
37
22:39 / 28 İyul 2026
41
22:39 / 28 İyul 2026
59
22:26 / 28 İyul 2026
66
22:20 / 28 İyul 2026
72
21:57 / 28 İyul 2026
63
21:48 / 28 İyul 2026
73
21:26 / 28 İyul 2026
69
21:05 / 28 İyul 2026
75
20:53 / 28 İyul 2026
67
20:26 / 28 İyul 2026
70
20:08 / 28 İyul 2026
70
19:48 / 28 İyul 2026
190
19:44 / 28 İyul 2026
84
19:38 / 28 İyul 2026
445
19:28 / 28 İyul 2026
552
19:24 / 28 İyul 2026
82
19:19 / 28 İyul 2026
148
19:14 / 28 İyul 2026
87
19:12 / 28 İyul 2026
80
18:34 / 28 İyul 2026
89
17:55 / 28 İyul 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.