Hərbi hissədən qaçan əsgəri hansı CƏZA GÖZLƏYİR? -HÜQUQŞÜNAS DANIŞIR
01 Oktyabr 2026, 19:44
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
943
06.02.2026, 21:08
Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müzakirə edəcəyik.
Mövzu ilə bağlı Oxu24.com-a danışan vəkil Esmira Rzayeva bildirib ki,vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə Vergi Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Cinayət Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
"Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi maliyyə sanksiyaları və faizlər tətbiq edilir.
Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir.
Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur.
-Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il;
-xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il,
-habelə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz.
Vergi orqanlarının hüquqa zidd hərəkətləri (qərarları) və ya hərəkətsizliyi, habelə vergi orqanlarının vəzifəli şəxslərinin və digər işçilərinin öz vəzifələrini icra etdikdə, onların hüquqa zidd hərəkətləri (qərarları) və ya hərəkətsizliyinə, həmçinin bunların nəticəsində vergi ödəyicilərinə dəymiş zərərə görə vergi orqanları və vergi orqanlarının vəzifəli şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar",-deyə vəkil bildirib.
Hazırladı: Şahbaz
10:28 / 02 Oktyabr 2026
1
10:10 / 02 Oktyabr 2026
33
10:05 / 02 Oktyabr 2026
38
09:59 / 02 Oktyabr 2026
44
09:53 / 02 Oktyabr 2026
321
09:51 / 02 Oktyabr 2026
79
09:46 / 02 Oktyabr 2026
48
09:42 / 02 Oktyabr 2026
55
09:41 / 02 Oktyabr 2026
49
09:39 / 02 Oktyabr 2026
57
09:33 / 02 Oktyabr 2026
55
09:29 / 02 Oktyabr 2026
132
09:18 / 02 Oktyabr 2026
57
09:14 / 02 Oktyabr 2026
276
09:12 / 02 Oktyabr 2026
59
09:00 / 02 Oktyabr 2026
60
08:59 / 02 Oktyabr 2026
57
08:24 / 02 Oktyabr 2026
347
08:23 / 02 Oktyabr 2026
84
08:21 / 02 Oktyabr 2026
81
02:00 / 02 Oktyabr 2026
107
00:03 / 02 Oktyabr 2026
445
23:54 / 01 Oktyabr 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.