Qaynar xətt:

(+99450) 247 90 86

Prezidentin yüksək vəzifə verdiyi Vüsal Nəsirli KİMDİR?

Prezidentin yüksək vəzifə verdiyi Vüsal Nəsirli KİMDİR?

CƏMİYYƏT

1828

06.02.2026, 19:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncam ilə Vüsal Zakir oğlu Nəsirli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri təyin edilib.

Oxu24.com  onun barəsində məlumatları təqdim edir:

V.Nəsirli 1978-ci ildə İmişli şəhərində anadan olub. 2002-ci ildə QafqazUniversitetinin İnzibati İdarəetmə fakultəsinin dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr pillələrini bitirib.

2001-2009-cu illərdə özəl sektorda müxtəlif rəhbər vəzifələrdə, 2009-2013-cü illərdə İqtisadi İnkişaf Nazirliyində Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsinin direktor müavini,

2013-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini vəzifələrində işləyib.

2018-ci ildə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı var.