Bu məmur Ermənistanda qızıl medal alıb - FOTO
29 Aprel 2026, 21:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1334
06.02.2026, 21:59
Azərbaycanda yerli daşıyıcılar üçün sürücü hazırlığı üzrə təhsil haqqı 266 manatdan 50 manata endirilib.
Oxu24.com Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, bu barədə agentlikdə avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşıma fəaliyyəti həyata keçirən milli daşıyıcılarla keçirilən növbəti görüşdə bildirilib.
Məlumata görə, görüşdə sahənin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, iştirakçıların təklifləri dinlənilib. Fəaliyyət zamanı hüquqi öhdəliklərə, düzgün sənədləşməyə və mövcud tələblərə riayət olunmasının vacibliyi iştirakçıların diqqətinə çatdırılıb.
AYNA tərəfindən milli daşıyıcılara dəstək məqsədilə həyata keçirilən “5000 yeni sürücü” layihəsi də müzakirə edilib. C və CE kateqoriyalı sürücülərin cəlb edilməsində daşıyıcıların rolu və sürücü sayının artırılmasının sahənin inkişafına göstərəcəyi müsbət təsirlər barədə məlumat verilib. Sürücü hazırlığı üzrə təhsil haqqının 266 manatdan 50 manata endirilməsi iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, təlim üçün ödəniş 266 manat olsa da, məbləğin 80%-dən çox hissəsi AYNA tərəfindən qarşılanacaq. Sürücülər cəmi 50 manat ödəməklə təlimdə iştirak edə biləcəklər.
Həmçinin oxuyun
Yük avtonəqliyyat vasitələrinə texniki qulluq və təmir üzrə ustalara yaranmış ehtiyac nəzərə alınaraq texniki təmir sahəsi olan daşıyıcıların layihədə iştirakı imkanları müzakirə olunub. Təlim keçə biləcək müəssisələrin imkanları qiymətləndirilib və tələb olunan peşələrin müəyyənləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Görüşdə beynəlxalq daşımaların coğrafiyasının genişləndirilməsi məsələsi də diqqət mərkəzində olub. Xüsusilə Çin, həmçinin Monqolustan və İran istiqamətlərində beynəlxalq yük daşımalarında iştirakın artırılmasının vacibliyi vurğulanıb. Beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində milli sahibkarların nəqliyyat-logistika sərgilərində iştirakı məqsədəuyğun hesab edilib. Şirkətlərin yaxın vaxtlarda Çində təşkil ediləcək sərgidə iştirakının mümkünlüyü bildirilib. Təşkilati dəstəyə ehtiyac yarandıqda AYNA-ya müraciət edə biləcəkləri qeyd olunub.
Beynəlxalq yük daşımaları sahəsində fəaliyyət göstərən daşıyıcılarla sahənin inkişafına yönəlmiş tədbirlərin mütəmadi davam etdirilməsi planlaşdırılır.
21:21 / 29 Aprel 2026
1
21:12 / 29 Aprel 2026
34
20:56 / 29 Aprel 2026
39
20:50 / 29 Aprel 2026
41
20:39 / 29 Aprel 2026
64
20:10 / 29 Aprel 2026
58
19:56 / 29 Aprel 2026
61
19:43 / 29 Aprel 2026
65
19:28 / 29 Aprel 2026
131
19:16 / 29 Aprel 2026
198
19:02 / 29 Aprel 2026
116
18:50 / 29 Aprel 2026
187
18:36 / 29 Aprel 2026
88
18:26 / 29 Aprel 2026
218
18:13 / 29 Aprel 2026
87
18:00 / 29 Aprel 2026
97
17:50 / 29 Aprel 2026
78
17:45 / 29 Aprel 2026
71
17:40 / 29 Aprel 2026
76
17:35 / 29 Aprel 2026
62
17:16 / 29 Aprel 2026
128
17:06 / 29 Aprel 2026
288
17:03 / 29 Aprel 2026
691
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.