Bəzi yerlərdə leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA
02 Oktyabr 2026, 10:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
911
06.02.2026, 21:02
Azərbaycanın qədim Yurd yerlərindən olan İrəvan xanlığı və Zəngəzur mahalı olduqca mühüm coğrafi mövqedə yerləşir. Uzun müddət davam edən qardaş davasından sonra nəhayət XXI əsrin əvvəllərindən başlayaraq, Türk dünyasında inteqrasiya başlamış, 2020-2023-cü illər ərzində suverenliyimizi təmin etdikdən sonra ilk işimiz Türk Dövlətləri Təşkilatının qüvvətləndirilməsi üçün yeni körpü olan Zəngəzur dəhlisi istiqamətində müəyyən iş görməklə yanaşı "Qərbi Azərbaycana qayıdış" hüququmuzla bağlı mövqeyimizi möhkəmləndirməyə başladıq. Əlbəttə ki, tarixi Ərmən Eli, İrəvan xanlığı və indiki terminimiz olan Qərbi Azərbaycan adı nə olursa olsun mahiyyət dəyişmir. Mənim ulu babalarımda Vedibasar rayonunun, Bağçacıq kəndində yaşamışlar. Bununla belə XX əsrin 40-50-ci illərində deportasiyanın qurbanlarından idilər. Bunun nəticəsində isə aran bölgə olan Salyan rayonunun Arbatan kəndinə köçürülmüşdülər. Hələ 1937-ci ildə repressiyaya məruz qalsa da öz milli ideologiyalarını gizlincə gələcək nəslə ötürmüşdülər.
Qərbi Azərbaycanın köklü və yerli əhalisi olan Türk irqinin yenə vətəninə qayıtmasının tarixi, hüquqi, siyasi və mədəni əsası var. Mən bundan əvvəlki məqaləmi "Qərbi Azərbaycan məsələsi tarixi kontekstdə" mövzusuna həsr etmişdim. İndi isə tamam fərqli yol izləyəcəyəm. Əvvəla gəlin Azərbaycanımızın başına gətirilən oyunlara yenidən göz ataq. 1813 və 1828-ci illərində bağlanan Gülüstan və Türkmənçay sözləşmələri qara günlərimizin başlanmağı üçün sanki bir işarə idi. XI və XX əsrləri əhatə edən və indiki İranı tarixi Azərbaycanı idarə edən Türk xanlarını devirən xarici və daxili düşmənlərimizin qurban verdikləri tarixi ərazilərimiz sırasında 1918-ci ildə yaradılan Ararat Respublikasına İrəvan şəhərini paytaxt kimi qurban verən Azərbaycan Xalq Cümhuriyyətini də unutmamalıyıq. Düşmənlə nəyisə müzakirə etmək, hər hansısa məsələdə razılığa gəlmək də milli mənafeyə və maraqlara xəyanət kimi dəyərləndirilməlidir. Üstəlik daşnak hökümətinə qarşı mübarizə aparan və Vedibasar komitəsinin qurucusu olan Abbasqulu bəy Şadlinskinin yardım müraciətlərini qulaq ardına vuran Azərbaycan Xalq Cümhuriyyətinin o dövrdəki hökümətinin mövqeyinə şərh etməyi sizin öhdəliyinizə buraxıram.
Azərbaycan təhsilində bəzi islahatların keçirilməsini həmişə bildirmişəm. Bunlardan birisi də Qərbi Azərbaycanlı şagird və tələbələri üçün ayrıca təhsil müəssələrinin yaradılması təklifini edirəm. "Qərbi Azərbaycan Tarixi", "Qərbi Azərbaycan Mədəniyyəti və İncəsənəti", "Qərbi Azərbaycan Elmi", "Qərbi Azərbaycan Mətbəxi" və s. dərsliklərlə yanaşı həm də ki, həmin torpaqlara qayıtmaq həqiqətini oyatmaq üçün bir sıra işlər görülməlidir.
Siyasi və ideoloji olaraq Qərbi Azərbaycan İcmasına hər cür dəstək və xidmətlərimizi əsirgəməməliyik. Çünki istər vətənimizdə istərsə də beynəlxalq arenada hər birimiz müəyyən vəzifələri sahiblənməliyik. Qərbi Azərbaycan İcmasının siravi üzvü olaraq, mədəni əlaqələr üçün bir çox layihələrim var. Bunlardan bəzilərini gələcək illərdə həyata keçirəcəyəm. Ədəbi çalışmalarımda bu mövzu olduqca vacibdir. Və bununla bağlı yazılan əsərlər də gərək xarici dillərə tərcümə edilməlidir.
İmza: Ceyhun Ərmən Vedili
10:28 / 02 Oktyabr 2026
1
10:10 / 02 Oktyabr 2026
33
10:05 / 02 Oktyabr 2026
38
09:59 / 02 Oktyabr 2026
44
09:53 / 02 Oktyabr 2026
321
09:51 / 02 Oktyabr 2026
79
09:46 / 02 Oktyabr 2026
48
09:42 / 02 Oktyabr 2026
55
09:41 / 02 Oktyabr 2026
49
09:39 / 02 Oktyabr 2026
57
09:33 / 02 Oktyabr 2026
55
09:29 / 02 Oktyabr 2026
132
09:18 / 02 Oktyabr 2026
57
09:14 / 02 Oktyabr 2026
276
09:12 / 02 Oktyabr 2026
59
09:00 / 02 Oktyabr 2026
60
08:59 / 02 Oktyabr 2026
57
08:24 / 02 Oktyabr 2026
347
08:23 / 02 Oktyabr 2026
84
08:21 / 02 Oktyabr 2026
81
02:00 / 02 Oktyabr 2026
107
00:03 / 02 Oktyabr 2026
445
23:54 / 01 Oktyabr 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.