“Ər vəfat edəndə ev birbaşa arvada qalır” – Hüquqi reallıq nədir?
05 Mart 2026, 23:31
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
621
06.02.2026, 20:39
Müasir dövrdə televiziya, internet mediası və sosial şəbəkələr vasitəsilə uşaqların görüntülərinin yayılması geniş yayılmışdır. Xüsusilə cinayət, məhkəmə, zorakılıq, ailə münaqişəsi və sosial problemlərlə bağlı xəbərlərdə uşaqların üzünün açıq şəkildə nümayiş etdirilməsi ciddi hüquqi pozuntulara səbəb olur. Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq hüquq normalarına əsasən uşağın şəxsiyyəti və toxunulmazlığı xüsusi müdafiə altındadır.Bu gün "İdrak" liseyində baş vermiş silahlı insident zamanı yerli mediada şagirdlərin müsahibəsi,onlara silaha dair sualların verilməsi,həmçinin onların görüntüsünün açıq şəkildə mediada yayılması müəyyən suallara səbəb olur.
Mövzu ilə bağlı Oxu24.com-a danışan hüquqşünas Ellada Bayramova bildirib ki,uşağın şəxsi həyatının toxunulmazlığı hüququnun pozulması Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunur.
Konstitusiyaya görə hər kəsin şəxsi həyatına hörmət olunmalıdır və onun razılığı olmadan şəxsi məlumatlarının yayılması qadağandır.
"Uşaq isə hüquqi baxımdan tam fəaliyyət qabiliyyətinə malik olmadığından onun şəxsi həyatının qorunması daha yüksək hüquqi müdafiə tələb edir. Uşağın üzünün mediada göstərilməsi onun identifikasiyasına,şəxsi həyatının ifşasına,gələcək psixoloji durumuna mənfi təsirə səbəb olur.Bu hal Konstitusiyanın 32-ci maddəsinin pozulmasıdır",-deyə bildirib.
Həmçinin oxuyun
Uşağın ləyaqətinin və şərəfinin qorunması hüququnun pozulması
"Uşağın kriminal hadisə, zorakılıq, yoxsulluq və ya ailə problemi fonunda üzünün açıq göstərilməsi onun cəmiyyətdə damğalanmasına (stigmatizasiya),alçaldılmasına,psixoloji travmaya məruz qalmasına səbəb olur.Bu isə uşağın ləyaqətinin alçaldılması hesab edilir.
Qanuna əsasən uşaq fiziki, mənəvi və psixoloji təhlükələrdən qorunmalıdır.Uşağın maraqları hər zaman üstün tutulmalıdır.
Mediada uşağın üzünün göstərilməsi onun təhlükəsizliyini risk altına salır,gələcək inkişafına mənfi təsir göstərir,sosial təzyiqə məruz qoyur.Bu, uşağın ən üstün mənafeyi prinsipinə ziddir",-deyə Ellada Bayramova bildirib.
“Media haqqında” Qanunun tələblərinin pozulması
Azərbaycan Respublikasının “Media haqqında” Qanunu
Maddə 14 və Maddə 60
Qanun mediaya qadağan edir:
azyaşlının şəxsiyyətini müəyyən etməyə imkan verən məlumatların yayılmasını;
zərərçəkmiş və ya hüquqpozma ilə əlaqəli uşaqların tanınmasına şərait yaradan görüntülərin nümayişini.
Üzün göstərilməsi birbaşa şəxsiyyətin müəyyən edilməsi deməkdir.
Şəxsi məlumatların qorunması hüququnun pozulması
Fərdi məlumatlar haqqında” Qanun
Uşağın foto və videosu onun biometrik şəxsi məlumatı hesab olunur.
Bu məlumat valideynin razılığı olmadan yayıla bilməz, məqsəddən kənar istifadə edilə bilməz.
Bu qanunun pozulması inzibati və hüquqi məsuliyyət yaradır.
Beynəlxalq hüquq normalarının pozulması
BMT-nin Uşaq Hüquqları Konvensiyası
Maddə 16
Heç bir uşaq:
şəxsi həyatına,
şərəf və nüfuzuna özbaşına müdaxiləyə məruz qala bilməz.
Azərbaycan bu Konvensiyaya qoşulduğu üçün onun müddəaları milli hüququn tərkib hissəsidir.
Hüquqi məsuliyyət
Uşağın üzünü mediada göstərən şəxs və ya media orqanı:
Mülki məsuliyyət
– mənəvi zərərin ödənilməsi (Mülki Məcəllə)
İnzibati məsuliyyət
– cərimə və fəaliyyətə məhdudiyyət
Peşə etikası baxımından məsuliyyət
– jurnalistin akkreditasiyasının ləğvi, xəbərdarlıq
ilə üzləşə bilər.
Uşağın üzünün mediada göstərilməsi, şəxsi həyatın toxunulmazlığı hüququnu
ləyaqət və şərəf hüququnu fərdi məlumatların qorunması hüququnu
təhlükəsiz mühitdə inkişaf hüququnu
birbaşa pozur.
Hüquqi dövlət anlayışı uşağı informasiyanın obyekti deyil, hüququ olan şəxs kimi tanıyır. Media azadlığı uşağın hüquqlarından üstün tutula bilməz.
Hüquqşünas:Ellada Bayramova
01:10 / 06 Mart 2026
96
00:58 / 06 Mart 2026
76
00:45 / 06 Mart 2026
328
00:42 / 06 Mart 2026
253
00:36 / 06 Mart 2026
840
00:05 / 06 Mart 2026
90
23:50 / 05 Mart 2026
129
23:44 / 05 Mart 2026
73
23:39 / 05 Mart 2026
367
23:37 / 05 Mart 2026
84
23:31 / 05 Mart 2026
91
23:30 / 05 Mart 2026
80
23:29 / 05 Mart 2026
317
23:09 / 05 Mart 2026
108
22:44 / 05 Mart 2026
109
22:42 / 05 Mart 2026
235
22:40 / 05 Mart 2026
106
22:36 / 05 Mart 2026
85
22:33 / 05 Mart 2026
115
22:32 / 05 Mart 2026
98
22:30 / 05 Mart 2026
101
22:27 / 05 Mart 2026
155
22:27 / 05 Mart 2026
446
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.