Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
1491
22.07.2021, 19:23
Azərbaycan Respublikasının Hesablama Palatasından turizmin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitin icrası zamanı yol verilmiş qanun pozuntuları haqqında Baş Prokurorluğa daxil olmuş material üzrə araşdırma aparılıb.
Baş Prokurorluqdan Oxu24.com-a verilən məlumata görə, müəyyən edilib ki, hazırda ləğv edilmiş Mədəniyyət və Turizm Nazirliyi ilə “Rəqəmli Dövr” MMC arasında bağlanmış müqavilə üzrə Nazirliyin əsasında yaradılmış Dövlət Turizm Agentliyi tərəfindən faktiki olaraq satın alınmadığı halda, müxtəlif kitabçaların və xəritələrin satın alınması üzrə qeyd edilən Cəmiyyətə 14 noyabr 2018-ci il tarixdə külli miqdarda ödəniş edilib.
Habelə, ölkədə keçirilmiş ticarət festivalları (“Şoppinq festival”) üzrə icraçı müəssisə olan “Azərbaycan Konqreslər Bürosu” MMC tərəfindən 2017-2018-ci illərdə təşkil edilmiş ümumilikdə üç belə festival üzrə ayrı-ayrı telekanallarda reklamların ödənişsiz əsaslarla yerləşdirildiyi halda, reklam xidmətlərinə görə Nazirlik tərəfindən qeyd edilən Cəmiyyətə xüsusilə külli miqdarda büdcə vəsaiti ödənilib.
Bundan əlavə, araşdırmalarla Nazirlik tərəfindən müxtəlif xidmətlərin göstərilməsinə dair müqavilələrin icrası zamanı heç bir təsdiqedici sənədlər olmadan büdcə vəsaitinin silinməsinə yol verildiyi, həmçinin tədbirlərin keçirilməsi ilə bağlı icarə xərcləri üzrə artıq büdcə vəsaitinin ödənildiyi də müəyyən edilib.
Qeyd edilən faktlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır.
İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
15:50 / 11 Noyabr 2026
1
15:50 / 11 Noyabr 2026
6
15:40 / 11 Noyabr 2026
26
15:31 / 11 Noyabr 2026
124
15:27 / 11 Noyabr 2026
215
15:13 / 11 Noyabr 2026
87
15:07 / 11 Noyabr 2026
104
14:51 / 11 Noyabr 2026
101
14:43 / 11 Noyabr 2026
152
14:39 / 11 Noyabr 2026
154
14:36 / 11 Noyabr 2026
93
14:26 / 11 Noyabr 2026
225
14:13 / 11 Noyabr 2026
700
13:58 / 11 Noyabr 2026
272
13:54 / 11 Noyabr 2026
530
13:48 / 11 Noyabr 2026
153
13:44 / 11 Noyabr 2026
205
13:41 / 11 Noyabr 2026
113
13:33 / 11 Noyabr 2026
267
13:27 / 11 Noyabr 2026
180
13:19 / 11 Noyabr 2026
108
13:13 / 11 Noyabr 2026
113
12:57 / 11 Noyabr 2026
180
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.