Milli Məclis bu məsələni müzakirə edə bilər
11 Noyabr 2026, 12:57
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
43
11.11.2026, 13:13
Deputat şəhid ailələri, müharibə əlilləri və ehtiyacı olan hərbçilərə mənzil əvəzinə pul kompensasiyası verilməsini təklif edib.
Oxu24.com xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında deputat Qüdrət Həsənquliyev bildirib ki, bu halda vətəndaşlar öz istəklərinə uyğun ərazidə mənzil ala və ya torpaq sahəsi əldə edərək ev tikə bilərlər: “Hökumət bu barədə ciddi düşünməlidir. Onlar istədiyi yerdən, bəlkə də valideynlərinə yaxın bir yerdən almaq istəyirlər, yaxud kəndə gedib torpaq alıb ev tikmək istəyirlər. Bəzən elə yerdə evlər tikilir ki, kimsə həmin ərazidə yaşamaq istəmir”.
Deputat bu kateqoriyadan olan şəxslərin mənzil təminatı ilə bağlı bir sıra suallar qaldırıb, hazırda neçə şəhid ailəsinin və müharibə əlilinin mənzil növbəsində olduğunu, son altı ildə onlardan neçəsinin mənzillə təmin edildiyini, 2027-ci ildə bu məqsədlə ayrılan vəsait hesabına neçə mənzilin tikiləcəyini, nə qədər insanın mənzil ala biləcəyini və növbədə qalanların sayının açıqlanmasını istəyib.
Qüdrət Həsənquliyev 20 Yanvar hadisələri ilə əlaqədar zərər çəkmiş ailələr arasında bu günədək mənzillə təmin olunmayan şəxslərin də olduğunu bildirib və həmin şəxslərin nə vaxt mənzillə təmin ediləcəyinə aydınlıq gətirilməsini xahiş edib.
13:27 / 11 Noyabr 2026
1
13:19 / 11 Noyabr 2026
35
12:57 / 11 Noyabr 2026
107
12:54 / 11 Noyabr 2026
96
12:48 / 11 Noyabr 2026
91
12:44 / 11 Noyabr 2026
128
12:35 / 11 Noyabr 2026
188
12:32 / 11 Noyabr 2026
99
12:29 / 11 Noyabr 2026
82
12:24 / 11 Noyabr 2026
528
12:19 / 11 Noyabr 2026
382
12:15 / 11 Noyabr 2026
103
12:09 / 11 Noyabr 2026
92
11:57 / 11 Noyabr 2026
606
11:50 / 11 Noyabr 2026
124
11:49 / 11 Noyabr 2026
197
11:43 / 11 Noyabr 2026
1159
11:34 / 11 Noyabr 2026
122
11:32 / 11 Noyabr 2026
164
11:28 / 11 Noyabr 2026
172
11:16 / 11 Noyabr 2026
344
11:13 / 11 Noyabr 2026
98
11:11 / 11 Noyabr 2026
154
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.