Minimum saatlıq əməkhaqqı ilk olaraq bu sahədə TƏTBİQ EDİLƏCƏK
11 Noyabr 2026, 11:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
148
11.11.2026, 11:57
Hazırda bir yaş yarımadək uşaqlara 44 manat, bir yaş yarımdan üç yaşadək uşaqlara isə 28 manat ödənilən müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq.
Oxu24.com xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin bu gün keçirilən iclasında deyib.
O vurğulayıb ki, qanun layihəsinə təklif olunan dəyişiklik "Sosial sığorta haqqında" qanunda 3 yaşınadək uşağa qulluğa görə müavinət təyin edilməsi üçün ən azı 6 aylıq sığorta stajı olması tələbinin müəyyən edilməsi ilə əlaqədar digər qanunlarda uyğunlaşma xarakterli dəyişiklik edilməsini şərtləndirir:
“Layihənin bu istiqaməti ailələrin, ilk növbədə isə kiçik yaşlı uşağı olan valideynlərin sosial müdafiəsinə xidmət edir. Bu günədək qanunvericilikdə istifadə olunan “qismən ödənişli sosial məzuniyyət” anlayışı əvəzinə “uşağa qulluğa görə sosial məzuniyyət” anlayışı tətbiq olunacaq. Bu, sadəcə ad dəyişikliyi deyil. “Qismən ödənişli” ifadəsi məzuniyyətin məqsədini deyil, ödənişin az olmasını önə çəkirdi. Yeni ad isə bu məzuniyyətin məqsədini — uşağın qayğısına qalmaq hüququnu ifadə edir.
Mahiyyət etibarı ilə ən mühüm dəyişiklik bundan ibarətdir ki, həm hamiləliyə və doğuma görə müavinət, həm də 3 yaşınadək uşağa qulluğa görə müavinət bundan sonra “Sosial sığorta haqqında” Qanuna uyğun olaraq sosial sığorta müavinəti kimi təyin edilir və ödənilir.
Beləliklə, bu ödəniş sığortaolunanın ödədiyi sosial sığorta haqları ilə birbaşa əlaqələndirilir və vahid sosial sığorta sisteminə daxil olur”.
Sədr qeyd edib ki, eyni yanaşma hərbi qulluqçuların, daxili işlər orqanları əməkdaşlarının, diplomatik xidmətdə çalışanların statusunu tənzimləyən aktlarda, həmçinin təhsil və səhiyyə qanunvericiliyində də tətbiq olunur. Nəticədə hansı sahədə çalışmasından asılı olmayaraq, valideyn üçün eyni anlayış və eyni təminatlar tətbiq ediləcək.
11:50 / 11 Noyabr 2026
48
11:49 / 11 Noyabr 2026
64
11:43 / 11 Noyabr 2026
274
11:34 / 11 Noyabr 2026
61
11:32 / 11 Noyabr 2026
115
11:28 / 11 Noyabr 2026
109
11:16 / 11 Noyabr 2026
289
11:13 / 11 Noyabr 2026
77
11:11 / 11 Noyabr 2026
108
11:06 / 11 Noyabr 2026
89
10:56 / 11 Noyabr 2026
362
10:51 / 11 Noyabr 2026
105
10:45 / 11 Noyabr 2026
107
10:33 / 11 Noyabr 2026
99
10:19 / 11 Noyabr 2026
99
10:13 / 11 Noyabr 2026
98
10:10 / 11 Noyabr 2026
98
10:10 / 11 Noyabr 2026
280
10:09 / 11 Noyabr 2026
162
09:56 / 11 Noyabr 2026
91
09:37 / 11 Noyabr 2026
950
09:35 / 11 Noyabr 2026
134
09:29 / 11 Noyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.