12 noyabrda hava BELƏ OLACAQ
11 Noyabr 2026, 12:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
32
11.11.2026, 12:54
2027–2030-cu illərdə Azərbaycanda orta illik iqtisadi artımın 3,3 %, o cümlədən qeyri-neft-qaz sektorunda 4,4% olacağı proqnozlaşdırılır.
Oxu24.com xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında"qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, 2030-cu ilə qədər qeyri-neft-qaz sektorunun ÜDM-də payının 82%-ə çatması gözlənilir: "İqtisadi artımda, məşğulluqda özəl sektorun payının artırılması vacibdir. Bu baxımdan cari ildə də özəl sektorun inkişafının dəstəklənməsi diqqət mərkəzində saxlanılıb. Dövlət-özəl tərəfdaşlığı, investisiya təşviqi mexanizmi, güzəştli kreditlər, sənaye zonaları, vergi və gömrük güzəştləri kimi alətlərlə sahibkarlığın inkişafı dəstəklənib".
"Bu dəstək tədbirləri Azərbaycanın əldə etdiyi makroiqtisadi göstəricilərə, qeyri-neft-qaz sektorunun inkişafına öz töhfələrini verib. Məhz bu təcrübə əsasında bu il yeni dəstək alətləri tətbiq edilməyə başlanılıb: Bakı və Abşerondan kənarda sahibkar kreditləri üzrə faizin yarısını dövlət ödəyir, kredit zəmanəti limiti 20 %-dən 50 %-ə qaldırılıb, 2027–2030-cu illərdə isə sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulma haqqının yarısını dövlət ödəyəcək. Ələt Azad İqtisadi Zonasının məhsulları isə gələn ildən daxili bazara gömrük rüsumu olmadan çıxacaq. Bu il zonanın infrastrukturuna 149 milyon manat ayrılıb və zona investisiya, istehsal və ixracın əlaqələndirildiyi platforma kimi inkişaf etdirilir".
12:57 / 11 Noyabr 2026
1
12:48 / 11 Noyabr 2026
35
12:44 / 11 Noyabr 2026
42
12:35 / 11 Noyabr 2026
96
12:32 / 11 Noyabr 2026
58
12:29 / 11 Noyabr 2026
63
12:24 / 11 Noyabr 2026
283
12:19 / 11 Noyabr 2026
145
12:15 / 11 Noyabr 2026
83
12:09 / 11 Noyabr 2026
74
11:57 / 11 Noyabr 2026
485
11:50 / 11 Noyabr 2026
107
11:49 / 11 Noyabr 2026
147
11:43 / 11 Noyabr 2026
655
11:34 / 11 Noyabr 2026
86
11:32 / 11 Noyabr 2026
139
11:28 / 11 Noyabr 2026
152
11:16 / 11 Noyabr 2026
325
11:13 / 11 Noyabr 2026
86
11:11 / 11 Noyabr 2026
129
11:06 / 11 Noyabr 2026
106
10:56 / 11 Noyabr 2026
451
10:51 / 11 Noyabr 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.