AZAL təcili açıqlama yaydı
19 May 2026, 09:59
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
1402
14.10.2026, 00:30
Ankarada Azərbaycan səfirliyinin qarşısında "hicab qadağası" iddiası ilə keçirilən aksiya açıq şəkildə Azərbaycanın dövlət quruluşunu hədəfə alan radikal çağırışlara çevrilib.
Oxu24.com Musavat.com-a istinadən xəbər verir ki, aksiya axşam saatlarında keçirilib.
Əraziyə polis qüvvələri cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb.
Aksiyada "Başörtüsü Allahın əmridir!", "Hicab Allahın əmridir!" şüarlarının yazıldığı plakat və bannerlər qaldırılıb. Tədbirdə "Köklü Değişim" platformasının simvolları da nümayiş etdirilib.
Aksiyada çıxış edən ilahiyyatçı-yazar Abdullah İmamoğlu məktəbli geyimi və hicab haqda danışarkən mövzunu "Raşidi Xilafət Dövləti"nin yaradılması çağırışına gətirib.
O, müsəlman ölkələrinin xilafət dövləti çərçivəsində birləşməli olduğunu müdafiə edib və Azərbaycanı da bu sistemin qaydalarına uyğun idarəçiliyə çağırıb.
Beləliklə, aksiyanın yalnız məktəblərdə hicab məsələsinə etiraz məqsədi daşımadığı, Azərbaycanın dünyəvi dövlət quruluşuna qarşı siyasi-ideoloji çağırış platformasına çevrildiyi üzə çıxıb.
Xatırladaq ki, oktyabrın 3-də İstanbulda Azərbaycan baş konsulluğu qarşısında da oxşar aksiya keçirilmişdi. Həmin tədbirdə hicab şüarları ilə yanaşı, Azərbaycanın xarici siyasəti və İsraillə münasibətləri də hədəfə alınmışdı.
Onu da qeyd edək ki, radikal qrupun çıxışı Türkiyə dövlətinin və bütövlükdə Türkiyə cəmiyyətinin mövqeyi kimi təqdim edilə bilməz.
Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzi oktyabrın 9-da yaydığı açıqlamada Türkiyə-Azərbaycan münasibətlərini hədəfə alan məzmunları "açıq informasiya əməliyyatı" adlandırıb. Mərkəz iki ölkə arasındakı strateji müttəfiqliyi və "Bir millət, iki dövlət" prinsipini sarsıtmağa yönələn manipulyasiyaların nəticə verməyəcəyini bildirib.
10:24 / 03 Noyabr 2026
1
10:20 / 03 Noyabr 2026
22
10:17 / 03 Noyabr 2026
36
10:01 / 03 Noyabr 2026
168
10:00 / 03 Noyabr 2026
53
09:58 / 03 Noyabr 2026
51
09:31 / 03 Noyabr 2026
57
09:29 / 03 Noyabr 2026
57
09:28 / 03 Noyabr 2026
68
07:35 / 03 Noyabr 2026
142
06:33 / 03 Noyabr 2026
158
03:05 / 03 Noyabr 2026
440
02:30 / 03 Noyabr 2026
508
01:55 / 03 Noyabr 2026
271
00:25 / 03 Noyabr 2026
211
00:20 / 03 Noyabr 2026
489
00:15 / 03 Noyabr 2026
341
00:15 / 03 Noyabr 2026
216
00:06 / 03 Noyabr 2026
439
23:44 / 02 Noyabr 2026
375
23:39 / 02 Noyabr 2026
181
23:38 / 02 Noyabr 2026
173
23:37 / 02 Noyabr 2026
232
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.