Azərbaycanda bu müavinət ARTIRILIR -RƏSMİ RƏQƏM
11 Noyabr 2026, 11:57
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
48
11.11.2026, 11:49
“Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir”.
Oxu24.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə təklif olunan dəyişikliyinm müzakirəsi zamanı bildirib.
“Layihə müəyyən fəaliyyət sahələrində bir aydan az müddətə bağlanan əmək müqavilələri, habelə həftəlik iş vaxtı 20 saat və ya daha az olan işlər üçün saatlıq əməkhaqqı tətbiqini nəzərdə tutur. Minimum saatlıq əməkhaqqının minimum aylıq əməkhaqqından hesablanan saatlıq tarif maaşından yüksək müəyyən edilməsi təklif olunur.
Bu sistemin tətbiq olunacağı fəaliyyət sahələri Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək. İlkin mərhələdə kənd təsərrüfatı məhsullarının istehsalı və ictimai iaşə sahələrinin əhatə olunması nəzərdə tutulur.
Təklif olunan dəyişiklik minimum əməkhaqqı institutunun daha çevik tətbiqinə, əməkhaqqı hesablamalarında şəffaflığın artırılmasına və beynəlxalq təcrübədə istifadə olunan yanaşmaların ölkəmizdə tətbiqinə imkan yaradacaq”, - nazir müavini qeyd edib.
11:57 / 11 Noyabr 2026
1
11:50 / 11 Noyabr 2026
24
11:43 / 11 Noyabr 2026
208
11:34 / 11 Noyabr 2026
47
11:32 / 11 Noyabr 2026
107
11:28 / 11 Noyabr 2026
97
11:16 / 11 Noyabr 2026
272
11:13 / 11 Noyabr 2026
72
11:11 / 11 Noyabr 2026
100
11:06 / 11 Noyabr 2026
86
10:56 / 11 Noyabr 2026
326
10:51 / 11 Noyabr 2026
99
10:45 / 11 Noyabr 2026
103
10:33 / 11 Noyabr 2026
94
10:19 / 11 Noyabr 2026
96
10:13 / 11 Noyabr 2026
95
10:10 / 11 Noyabr 2026
95
10:10 / 11 Noyabr 2026
275
10:09 / 11 Noyabr 2026
157
09:56 / 11 Noyabr 2026
88
09:37 / 11 Noyabr 2026
931
09:35 / 11 Noyabr 2026
130
09:29 / 11 Noyabr 2026
102
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.