Qaynar xətt:

(+99450) 247 90 86

Nazirlər Kabineti maaşlarla bağlı QƏRAR VERƏCƏK 

Nazirlər Kabineti maaşlarla bağlı QƏRAR VERƏCƏK 

CƏMİYYƏT

80

11.11.2026, 13:44

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Azərbaycanda əməyin ödənilməsi vaxtamuzd, işəmuzd və digər formalarda həyata keçirilir və minimum əməkhaqqı aylıq dövrü əhatə edir. Əməyin ödənilməsində bu cür yanaşma qısamüddətli əməyə cəlb etmə və natamam iş saatlarında işləyənlərin əməyinin ödənilməsində qeyri bərabərlik yaradır”.

Oxu24.com  xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin noyabrın 11-də keçirilən iclasında Əmək Məclləsinə təklif olunan dəyişiklilərin müzakirəsi zamanı deyib.

O bildirib ki, işçilərin minimum yaşayış səviyyəsini təmin etmək üçün əsas sosial siyasət aləti olaraq minimum əməkhaqqı indikatorundan istifadə olunur: “Heç bir işəgötürən işçiyə ölkə üzrə müəyyən edilən minimum əməkhaqqı məbləğindən aşağı əməkhaqqı təklif edə bilməz. 

Lakin minimum əməkhaqqı aləti bütün iş rejimlərində universal indikator kimi çıxış edə bilmir. Xüsusi ilə natamam və mövsümi işlərdə, qısamüddətli müqavilə tələb edilən işlərdə əməyin minimum əməkhaqqı sistemi üzərindən ödənilməsi qeyri bərabərlik və sosial ədalətsizlik yaradır. Ona görə də bir çox ölkələrdə əməyin ödənilməsində aylıq əmək haqqı ilə yanaşı saatlıq əməkhaqqı rejimi də tətbiq edilir”.

 M.Quliyev söyləyib ki, saatlıq minimum əməkhaqqı kənd təsərrüfatı, iaşə, turizm, məişət xidməti, daşıma xidmətləri, İT sektoronda çalışan işçilərin əməyinin ödənilməsində bərabər və ədalətli yanaşmanı təmin edə bilər. 

“Saatlıq əməkhaqqının tətbiqi azyaşlı uşaqları olan qadınların, tələbələrin, pensiyaçıların əmək bazarına çıxışını asanlaşdıran bir çalışma rejimi olaraq həm də qeyri-formal məşğulluğun rəsmləşdirilməsinə təkan verən bir sosial alət olaraq əhəmiyyətlidir. Qanun layihəsində o da təsbit olunub ki, saatlıq əməkhaqqının minimum məbləği minimum əməkhaqqının bir saatına düşən məbləğdən az ola bilməz.

Saatlıq əmək haqqının tətbiq olunduğu iqtisadi fəaliyyət növlərinin siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək”.

Komitə sədri onu da bildirib ki, əmək müqaviləsi 1 aydan az müddətdə bağlandıqda və ya həftəlik iş vaxtı 20 saatdan çox olmadığı hallarda əməyin ödənilməsində saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək.

“Minimum saatlıq əməkhaqqı sisteminin tətbiq edilməsi əməyin ödənilməsində daha çevik və sosial ədalətli mexanizmin formalaşmasına, işçilərin əmək hüquqlarının qorunmasına və əmək münasibətlərində şəffaflığın artırılmasına xidmət edəcəkdir”.