Qaynar xətt:

(+99450) 247 90 86

Milli Məclis bu məsələni müzakirə edə bilər

Milli Məclis bu məsələni müzakirə edə bilər

SİYASƏT

35

11.11.2026, 12:57

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Milli Məclisdə əhalinin məşğulluğu ilə bağlı dinləmələr keçirilməlidir.

Oxu24.com  xəbər verir ki, bu təkliflə deputat Ziyad Səmədzadə parlamentin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında çıxış edib.

"İş tapa bilməyən insanların məşğulluğunu necə təmin edəcəyimizi müzakirə etməliyik. Bunun üçün imkanlarımız və potensialımız var. Biz ixracatçı ölkəyik, sadəcə müəyyən məsələlərə birlikdə aydınlıq gətirməliyik. Demoqrafik siyasət, iqtisadi disproporsiyalar və məşğulluğun inkişaf istiqamətləri diqqət mərkəzində olmalıdır. Biz holdinq yaratmaqla bu məsələləri birdən-birə həll edə bilmərik. Məsələn, kənd təsərrüfatında məşğulluğun payı 35 %-dir, lakin bu sahənin ümumi məhsul istehsalında payı cəmi 6-7 % təşkil edir. Deməli, burada əmək məhsuldarlığı xeyli aşağıdır", - deyə o qeyd edib.

Komitənin sədri Musa Quliyev isə deyib ki, məşğulluqla bağlı dinləmələrin keçirilməsi iş planında olsa da, bunu payız sessiyasına etmək mümkün olmayacaq.