Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
3581
22.07.2021, 17:57
Kəlbəcər ərazisindəki Xudavəng alban kilsəsində məskunlaşmış erməni keşişləri oranı tərk edib. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu haqda Xudavəngdəki keşişlərdən biri Nerses Arutyunyan bildirib. Onun sözlərinə görə, Azərbaycan artıq üç aydır ki, erməni keşişlərinə Xudavəng monastırına daxil olmağı qadağan edir.
“Onlar həmişə hansısa səbəb tapırlar, gah pandemiyanı, gah yolun dağılmasını əsas gətirirlər. İndi isə onlar sadəcə olaraq deyirlər ki, “yox, vəssalam””,-keşiş bildirib. O, deyib ki, monastrda cəmi 6 keşiş xidmət edirdi. Baxmayaraq ki, onlar məişət problemləri ilə üzləşirdilər, monastırı tərk etmək istəmirdilər. “Lakin may ayından bəri bizim monastıra daxil olmaq imkanımız yoxdur. Hazırda monastırdakı keşişlər Qandzasar (Ağdərədə yerləşir,-red.) kilsəsindədir. Rusiya tərəfi erməni keşişlərinin monastıra qayıtması üçün danışıqlar aparır”,-o deyib.
Xatırladaq ki, Kəlbəcərdəki qədim alban kilsəsi olan Xudavəng monastırını rayonu işğal edəndən sonra ermənilər “qədim erməni kilsəsi” adlandırıb oranı öz adlarına çıxırdılar. 2020-ci ilin noyabrında Kəlbəcər rayonundan Ermənistan işğalçı qüvvələri çıxarılanda monastırın erməni dindarlar üçün açıq olmasına şərait yaradılması barədə Moskvanın müraciəti nəzərə alındı və Azərbaycan tərəfi Xudavəngdə bir neçə erməni keşişinin xidmət etməsinə razılıq verdi. Və Rusiya sülhməramlı kontintentindən monastırın mühafizəsinə bir bölük əsgər , 2 BTR ayrıldı.
Lakin daha sonra Xudavəngdəki erməni keşişləri və sülhməramlılar Azərbaycanın udi icmasının nümayəndələrinin monastırda sərbəst ibadət etməsinə maneələr yaratmağa başladı. Eləcə də bəzi hallarda monastıra azərbaycanlı jurnalistlər buraxılmamışdı. Nəticədə belə görünür ki, Azərbaycan tərəfi Kəlbəcərdə “qədim erməni kilsəsi” şəklində hansısa anklavın mövcudluğuna son qoymağı qərara alıb.
Virtualaz.org
16:01 / 11 Noyabr 2026
1
16:00 / 11 Noyabr 2026
11
15:50 / 11 Noyabr 2026
40
15:50 / 11 Noyabr 2026
35
15:40 / 11 Noyabr 2026
42
15:31 / 11 Noyabr 2026
158
15:27 / 11 Noyabr 2026
325
15:13 / 11 Noyabr 2026
93
15:07 / 11 Noyabr 2026
107
14:51 / 11 Noyabr 2026
103
14:43 / 11 Noyabr 2026
157
14:39 / 11 Noyabr 2026
159
14:36 / 11 Noyabr 2026
96
14:26 / 11 Noyabr 2026
231
14:13 / 11 Noyabr 2026
726
13:58 / 11 Noyabr 2026
278
13:54 / 11 Noyabr 2026
543
13:48 / 11 Noyabr 2026
154
13:44 / 11 Noyabr 2026
219
13:41 / 11 Noyabr 2026
114
13:33 / 11 Noyabr 2026
276
13:27 / 11 Noyabr 2026
182
13:19 / 11 Noyabr 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.